Müqəddəs Nikolay kilsəsi () – Tbilisinin Qədim şəhər rayonunun ən yüksək hissəsində olan Narikalanın içində yerləşən Gürcü pravoslav kilsəsidir.

Tarixi

Müqəddəs Nikolay kilsəsi mənbələrdə ilk dəfə XII əsrdən xatırlanır. 1730-cu ildə kilsə, çareviç Vaxtuşi tərəfindən xatırlanır.

Gürcüstanın Çar Rusiyasına birləşdirilməsindən sonra Narikala strateji əhəmiyyətini itirir və general Yermolovun əmri ilə qala daxilində barıt anbarları yaradılır. 1827-ci ildə anbarda baş vermiş güclü partlayış qalanın ciddi zədələnməsinə, Müqəddəs Nikolay kilsəsinin isə təməlinə kimi dağılmasına gətirib çıxarır.

1966-cı ildə qala ərazisində aparılan arxeoloji qazıntılar zamanı Müqəddəs Nikolay kilsəsinin qalıqları üzə çıxarılır. 1996-cı ildə memar Tariel Kiparoudzenin layihəsi əsasında qədim kilsə binasının təməlləri üzərində yeni kilsə inşa edilmişdir. 1997-ci ildə Gürcüstan katolikos-patriarxı II İlyanın iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. İstinadlar

Ədəbiyyat მ. ქუთათელაძე, „თბილისის ტაძრები“, ტ. I, თბ., 2010 გვ. 166-173 Xarici keçidlər Тбилиси. Церковь Николая Чудотворца. Храм Святого Николая (в крепости Нарикала)

Kateqoriya:Qədim Tbilisi Kateqoriya:Tbilisinin görməli yerləri Kateqoriya:Tbilisi kilsələri Kateqoriya:Tbilisidəki gürcü pravoslav kilsələri Kateqoriya:Gürcüstandakı pravoslav kilsələri