Azadlıq abidəsi () — daha çox Müqəddəs Georgi heykəli kimi tanınan, Tbilisinin Azadlıq meydanının mərkəzində ucaldılmış və gürcü xalqının azadlıq və müstəqilliyinə həsr edilmiş abidə.

Tarixi

2006-cı ildə Tbilisinin mərkəzi meydanında ucaldılmış abidənin müəllifi heykəltaraş Zurab Tseretelidir. Əsər, müəllifin Tbilisi şəhərinə hədiyyəsidir.

Təsviri

Hazırlanmasında qızıl və qranitdən istifadə edilmiş abidənin hündürlüyü 35 metrə bərabərdir.«Designs tudio — Зураб Церетели», Проект: «Площадь Свободы, Стела — Святой Георгий», 2005. Heykəl şəhərin istənilən yerindən rahatlıqla görünür. Abidə qranit sütun üzərində ucaldılmış nizə ilə əjdahanı öldürən Müqəddəs Georgi heykəlidir. Heykəlin üzünün hündürlüyü 5.6 metrə bərabərdir. Bürüncdən hazırlanmış heykəl qızılla üzlənmişdir. İstinadlar

Xarici keçidlər Wayback Machine. Tbilisi Municipal Portal. 2011.

Kateqoriya:2006-cı ilin heykəlləri Kateqoriya:Atçılıq heykəlləri Kateqoriya:Tbilisidəki heykəllər Kateqoriya:Müqəddəs Georgi Kateqoriya:Zurab Tseretelinin əsərləri