Aşağı Kartli düzənliyi () — Gürcüstanda düzənlik.

Əsas hissəsi Anaxatır və Algeti çayları boyunca uzanır və Kür çayının sol sahilini (Rustavi şəhərində) əhatə edir. Onun uzunluğu 65 km, eni 35 km-ə qədər, hündürlüyü 250–400 metr təşkil edir. Düzənlik allüvi çöküntülərdən ibarətdir. Düzənliyi ərazisində bağçılıq və üzümçülük geniş yayılıb.

Kateqoriya:Düzənliklər Kateqoriya:Gürcüstan coğrafiyası