Həriri evi () — Təbrizdə Tərbiyət küçəsində yerləşən, XIX əsrdə Qacarlar dövründə tikilmiş tarixi ev. Gözəl memarlıq xüsusiyyətlərinə görə milli irs siyahısına əlavə edilib. 2017-ci ildən etibarən binada "Azərbaycan Mətbuat Muzeyi" fəaliyyət göstərir.
Haqqında Həririnin evi XIX əsrdə Təbrizdə tikilib. Bina Qacar dövrünə aiddir, iki blokdan ibarət olan və qibləyə üzləşən evin həm daxili və həm xarici həyəti var. Divarlarda olan çoxsaylı rəsmlər, müxtəlif dizaynlar və rənglər doktor Həririnin evini Təbrizdəki digər köhnə evlərdən fərqli edib. Həriri evinin otaqları hər kəsi heyrətə gətirən, unikal divar rəsmləri ilə bəzədilib. Bina 17 yanvar 1999-cu ildə milli abidə olaraq qeydə alınıb.
Binanın xarici orijinal Qacar sənətinin təzahürüdür. Evin daxilində divarlara çəkilmiş rəsmlər isə Quran, Yusif və Züleyxa hekayəsi və digər tarixi hekayələr kimi qədim mifoloji mövzulardan ilhamlanaraq çəkilib. Daxili hissə xarici binaya qoşularaq Pərvəriş məktəbinin küçəsi vasitəsilə Tərbiyət küçəsinə bağlanır.
Mətbuat muzeyi Binanın birinci mərtəbəsində 2017-ci ildən etibarən "Azərbaycan Mətbuat Muzeyi" fəaliyyət göstərir. Muzeyin yaradılması haqqında qərar beş il öncədən verilsə də muzey 2017-ci ilin avqust ayında açılıb. Açılış mərasimində Şərqi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Məhəmmədpur Azərbaycanı ölkə mətbuatının öncül bölgəsi adlandırıb. Daha sonra isə o deyib:
Şəkillər
Həmçinin bax Məşrutə Evi Behnam evi Əmir Nizam evi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təbriz muzeyləri Kateqoriya:Qacarlar dövründə tikilən abidələr Kateqoriya:Təbrizin görməli yerləri Kateqoriya:İran memarlığı Kateqoriya:XIX əsrdə yarananlar