"Radio Relox" (, hərfi mən. "Saat Radiosu") – Kuba xəbərlər radiosu. 1 iyul 1947-ci ildə Havana şəhərində, "Circuito CMQ" radiostansiyasının ofisi yerləşdiyi bir binada yayımlanmağa başladı. Radio Relox radiostansiyası özünəməxsus şəkildə unikaldır: Vaxtın hər dəqiqə diktorlar tərəfindən elan olunması, fonda isə 24 saat ərzində saniyə əqrəblərinin vurması ilə xəbərlərin canlı yayımda yayımlanması onun fərqli cəhətlərindən biridir.
Latın Amerikasında 24 saat ərzində fəaliyyət göstərən radiostansiyalardan biri olub.
Kuba Radio və Televiziyası İnstitutu tərəfindən idarə olunan bu ümumdövlət radiostansiya Kuba Radio sisteminin bir hissəsidir.
Proqramlar Radiostansiya heç bir musiqi yayımlamır, efirə heç bir yazı buraxılmır. Radioya qoşularaq eşitdikləriniz yalnız arxa fonda saat əqrəblərinin vurması və diktorun səsidir. Radiostansiyada səsləndirilən standart vaxt isə Milli Kuba Rəsədxanasından götürülmüşdü.
İstinadlar
Xarici keçidlər
Radio Reloj — EcuRed Circuito CMQ — EcuRed