Əyyub Cəfər oğlu Məmmədov () — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1974).

Həyatı Əyyub Məmmədov 11 oktyabr 1919-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. Onun yaradıcılığı Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlı olmuşdur. Bu teatrda Səməd Mövləvi, İbrahim Həmzəyev, Mir Həsən Mirişli, Əyyub Haqverdiyev, İsa Musayev kimi sənətkarlarla birlikdə çalışmağa başlayıb. Tipik xarakterli və dramatik səciyyəli epizod rollar yaradıcılığında xüsusi yer tutmuşdur. Romantik xarakterli, monumental səciyyəli dramatik və faciə rollarını da ifa etmişdir.

Əyyub Məmmədov 6 iyul 1978-ci ildə Naxçıvanda vəfat etmişdir.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 oktyabr 1974 "Naxçıvan MSSR əməkdar artisti" fəxri adı

İfa etdiyi əsas rollar Tamaşanın adı Müəllif Rol Hacı Qara Mirzə Fətəli Axundov Heydər bəy Müsyo Jordan və dərviş Məstəlişah Mirzə Fətəli Axundov Hətəmxan ağa Nadir şah Nəriman Nərimanov Təhmas şah Hacı Qəmbər Nəcəf bəy Vəzirov Mahmud Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev Qurban Dağılan tifaq Əbdürrəhim bəy Haqverdiyev Nəcəf bəy Səyavuş Hüseyn Cavid Səyavuş Solğun çiçəklər Cəfər Cabbarlı Bəhram Aydın Cəfər Cabbarlı Surxay Sevil Cəfər Cabbarlı Balaş Fərhad və Şirin Səməd Vurğun Xosrov Vaqif Səməd Vurğun Eldar Məshəti Kəmalə Ağayeva Əşrəf Anamın kitabı Cəlil Məmmədquluzadə Rüstəm bəy Dəli yığıncağı Cəlil Məmmədquluzadə Hacı Türbət Rus məsələsi Konstantin Simonov Smit Həyat Mirzə İbrahimov Rauf Eşq və intiqam Süleyman Sani Axundov Şəmsi bəy Məşədi İbad Üzeyir Hacıbəyov Rza bəy Ulduz Sabit RəhmanSüleyman Ələsgərov Qədir

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Naxçıvan MSSR əməkdar artistləri