Bakı Dövlət Universitetinin Biologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.

Tarixi Azərbaycanda tibb üzrə ali təhsil ocağı yaradılana qədər məhz BDU-da Tibb fakültəsi yaradılmışdı və hələ 1920-ci ildə həmin fakültədə Ümumi biologiya, Mikrobiologiya kimi kafedralar fəaliyyət göstərirdi. Daha sonra 1924-cü ildə universitetdə Pedaqoji fakültənin tərkibində Bitkilərin morfologiyası və sistematikası, Bitkilərin anatomiyası və fiziologiyası, Heyvan fiziologiyası, Onurğasızlar və onurğalılar zoologiyası, Mikrobiologiya kimi kafedralar yaradıldı. Lakin 1930-cu ildə sovet Azərbaycanında təhsil üzrə keçirilən islahatlar nəticəsində Bakıda növbəti Tibb üzrə ayrıca ali məktəb yaradıldı. Ona görə də BDU-da Tibb fakültəsi ləğv edildi və 1934-cü ildə bioloji kafedralar Pedaqoji fakültədən ayrıldıqdan sonra Biologiya fakültəsi yaradıldı.

Bununla da Biologiya fakültəsi 1934-cü ildən etibarən müstəqil fakültə kimi fəaliyyət göstərir. Fakültənin ilk dekanı ixtisasca bitki fizioloqu olan professor D.A.Şutov olmuşdur (1934–1935).

Tərkibi

Kafedralar Biologiya fakültəsində 5 kaferda fəaliyyət göstərir. Bu kafedralar aşağıdakılardır: Molekulyar biologiya və biotexnologiyalar Biokimya Botanika və Bitki fiziologiyası Genetika Zoologiya Bu kafedralarda bakalavr və magistratura təhsil pillələrində tədris proqramları əsasında adı çəkilən ixtisaslar üzrə dərslər keçirilir. Həmin ixtisaslar üzrə elmi işlər aparılır. Fakültədə Biotexnologiya və Biosimulator laboratoriyaları fəaliyyət göstərir.

Təkamül Təlimi Muzeyi

Bakı Dövlət Universitetinin M.A.Axundov adına "Təkamül təlimi" muzeyi biologiya elmləri doktoru, professor, Əməkdar müəllim və elm xadimi, "Genetika və təkamül təlimi" kafedrasının yaradıcısı olan Mirəli Axundov tərəfindən 1937-ci ildə təsis olunmuşdur.

Təhsil Fakültədə təhsil əyani və qiyabi formalarda, azərbaycan və rus dillərində aparılır. Fakültədə 1000-dən çox tələbə və magistrant təhsil alır, onların təlim-təhsili ilə 86 nəfərdən ibarət olan professor-müəllim heyəti məşgul olur, onlardan 1 nəfəri akademik, 1 nəfər AMEA-nın müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 62 nəfəri elmlər namizədi, dosent, baş müəllim və müəllimdir.

Bakalavr Biologiya Biologiya müəllimliyi Su bioehtiyyatları və akvabitkilər Biotexnologiya Qida mühəndisliyi Bitki mühafizəsi

Magistratura Botanika Mikologiya Onurğasızlar zoologiyası Entomologiya Mikrobiologiya Sənaye mikrobiologiyası İnsan və heyvan fiziologiyası Bitki fiziologiyası Biokimya Biotexnologiya Nanobiotexnologiya Genetika Bitkilərin genetikası və seleksiyası Biofizika Molekulyar biologiya Onurğalılar zoologiyası İxtiologiya Ətraf mühitin idarə edilməsi və bioloji monitorinq

Beynəlxalq Əlaqələri Biologiya fakültəsinin geniş beynəlxalq əlaqələri vardır. Belə ki, Rusiyanın Bax adına Biokimya İnstitutu, Gürcüstanın Tbilisi Dövlət Universiteti, İspaniyanın Corunya Universiteti, Fransanın Nant İnstitutu bunlara misal ola bilər.

Akkreditasiya müddətində Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti, eləcə də Bakı Dövlət Universiteti və Çexiyanın Kimya Texnologiyaları İnstitutu arasında magistr mübadiləsi və elmi əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Bundan əlavə, Biologiya fakültəsi və Çexiyanın Brno şəhərinin Mendel adına Dövlət Universiteti arasında müqavilə imzalanmışdır.

Avropa İttifaqının TEMPUS adlı proqramının "Təbiət və tibbi elmlər sahəsində hematologiya fənninin proqramlarının təkmilləşdirilməsi" layihəsi məhz BDU-nun Biologiya fakültəsində 2013-2016-cı illərdə reallaşdırılmışdı. Bu layihədə Biologiya fakültəsindən əlavə Avropanın digər ali təhsil müəssisələrinin bioloji fakültələri də iştirak etmişdilər. Böyük Britaniya, İtaliya və İspaniya universitetləri həmin siyahıya daxil edilmişdilər. Layihənin ümumi dəyəri 899 min avro təşkil etmişdi.

2024-cü ildə fakültənin tələbələri Tacikistan Milli Universitetinin təşkilatçılığı ilə keçirilən Biologiya üzrə Beynəlxalq Olimpiadada iştirak ediblər. Universitetin mətbuata verdiyi açıqlamasında Biologiya fakültəsinin tələbələrindən biri Olimpiadada birinci, fakültədən olan daha iki azərbaycanlı tələbələr isə ikinci yerləri qazanmışdılar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakı Dövlət Universitetinin Biologiya fakültəsi