Dankan de Mur (; ) və ya səhnə adı ilə Dankan Lourens () — Niderland müğənnisi və bəstəkarı. O, "Arcade" mahnısı ilə Niderlandı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə Niderlanda 5-ci Avroviziya qələbəsini qazandırmışdır.
Həyatı və musiqi karyerası Dankan de Mur 11 aprel 1994-cü ildə Niderlandın Speykenisse şəhərində anadan olmuşdur. Dankan 13 yaşından etibarən musiqi ilə maraqlanmağa başlamışdır. O, öz musiqi karyerasını Tilburq şəhərində yerləşən Rok Akademiyasında bir neçə musiqi qruplarının üzvü olaraq başlamışdır. The Slick and Suited rok qrupunun üzvü kimi Dankan Eurosonic Noorderslag festivalında çıxış etmişdir. O, həmin Rok akademiyasında təhsilini 2017-ci ildə bitirmişdir.
2014: The Voice of Holland 2014-cü ilin avqust ayında Dankan Niderlandın The Voice səs yarışmasının beşinci mövsümündə dinləmələrdə iştirak etmişdir. İlkin dinləmədə Ed Şiranın "Sing" mahnısını ifa edən gənc Dankan İlse DeLanjın komandasında yer alaraq, növbəti mərhələyə adlamışdır. Yarışmada iştirakını uğurla davam edən Dankan finalın bir addımlığında münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır.
2019: Avroviziya Mahnı Müsabiqəsi 2019-cu ilin yanvar ayında Niderlandın AVROTROS telekanalı Dankanın Niderlandı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Onun Avroviziyada ifa edəcəyi "Arcade" mahnısı 7 martda təqdim olunmuşdur. Lourens müsabiqə üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 16-cı nömrə altında çıxış etmişdir. Nəticədə 280 xalla 1-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Dankan Lourens 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 498 xal toplayaraq, Niderlanda 5-ci Avroviziya qələbəsi sevincini yaşatmışdır.
Şəxsi həyatı Avroviziya finalından öncə keçirilən mətbuat konfransı zaman Dankan Lourens biseksual olduğunu açıqlamışdır: "Mən sadəcə ifaçı deyiləm. Mən insanam, mən yaşayan biriyəm, mən biseksualam, mən musiqiçiyəm, mənim qoruduqlarım var və mən kim olduğumu hər kəsə göstərmək fürsətini əldə etdiyim üçün özümlə qürur duyuram."
Diskoqrafiya Sinqllar Mahnı adı İl "Arcade" 2019 "Bassa Sababa" 2019
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Niderlandda doğulanlar Kateqoriya:Niderland müğənniləri Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Niderlandın "Avroviziya" təmsilçiləri