Cəbrayıl rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Mərkəzi Cəbrayıl şəhəridir.

Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.

Coğrafi mövqeyi Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri — Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400–500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.

Tarixi

Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Digər mənbə və məlumata görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə "Allahın qulu" deməkdir. Cəbrayıl ərazisi Midiya (e.ə VII–IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə IV–III əsrlər), Albaniya (e.ə IV–III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dövlətin tərkibində olmuşdur. III–V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əməvilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X–XI əsrlərdə (971–1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII–XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə "Qraxdın" da deyilirdi. Bu, deyilənlərə görə, 1831-ci ildə rayonun Daşkəsən kəndində "Karantin" idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali "Karantin" sözünü "Qraxdın" kimi tələffüz etmişdir. Bəzi mənbələrə görə isə "Qraxdın" sözü XVIII əsrdə Nadir şahın hakimiyyəti dövründə Azərbaycana köçmüş Cəlair türk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. Cəbrayıl da baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX–XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905–1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.

23 avqust 1993-cü ildə rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü ilin əvvəlində keçirilmiş Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı işğaldan azad edilmişdir. 2016-cı il Aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi azad olunmuşdur. 2020-ci il 27 sentyabrda Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Böyük Mərcanlı, Nüzgar, 3 oktyabrda Aşağı Maralyan, Çaxırlı, Quycaq, Mehdili, Şəybəy, 4 oktyabrda Cəbrayıl şəhəri, Mahmudlu qəsəbəsi, Cəfərabad, Çərəkən, Daşkəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şükürbəyli, Yuxarı Maralyan, 5 oktyabrda Məzrə, 9 oktyabrda Əfəndilər, Qaracallı, Qışlaq, Sarıcallı, Süleymanlı, Şıxalıağalı, 15 oktyabrda Doşulu, 18 oktyabrda Xudafərin qəsəbəsi, 19 oktyabrda Qumlaq qəsəbəsi, Alıkeyxalı, Əmirvarlı, Keçəl Məmmədli, Göyərçin Veysəlli, Hacı İsaqlı, İsaqlı, Hacılı, Hasanlı, Qumlaq, Maşanlı, Niyazqulular, Soltanlı, Şahvəlli, 20 oktyabrda Ağtəpə, Daş Veysəlli, İmambağı, Safarşa, Yarəhmədli, 21 oktyabrda Balyand, Həsənqaydı, Papı, Tinli, Tulus, 22 oktyabrda Dərzili, Məstalıbəyli, Sirik, Şıxlar, 23 oktyabrda Xələfli qəsəbəsi, Dağ Tumas, Minbaşılı, Nüsüs, 25 oktyabrda Çələbilər, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Qovşudlu, Sofulu, 28 oktyabrda Çullu, Xanağabulaq, Xələfli, Qaraağac, Qazanzəmi, Quşçular, 30 oktyabrda Xubyarlı, Xudaverdili, Qurbantəpə, Şahvələdli, 2 noyabrda Çapand,, 2 noyabrda Kavdar, Qoşabulaq, 4 noyabrda Mirək, 9 noyabrda Ağgüney, Arxacdərəsi, Aşağı Mərcanlı, Aşağı Sirik, Aşıq Məlikli, Əsgərxanlı, Fuğanlı, Hüseynalılar, Xudayarlı, Qalacıq, Qərər, Molla Həsənli, Niftalılar, Padardərə, Sədi, Söyüdlü, Tatar, Yanarxac, Yuxarı Mərcanlı, Yuxarı Məzrə, Yuxarı Nüsüs kəndləri işğaldan azad olunmuşdur.

İnzibati-ərazi bölgüsü 300px|thumb|right|Cəbrayıl rayonunun xəritəsi AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən de-yuri rayon ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşir. Onlar 1 şəhər 22 kənd inzibati ərazi dairəsi olmaqla 23 inzibati ərazi dairəsinə daxildirlər.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İnzibati ərazi bölgüsü təsnifatının qüvvədə olan variantı (30.05.2013-tarixli nəşri ): Cəbrayıl rayonu — 60500001

Cəbrayıl rayonunun inzibati-ərazi bölgüsü CƏBRAYIL   RAYONU – 60500001

İnzibati ərazi dairələrinin sayı:                                           Ərazi vahidlərinin sayı:

Şəhər     .               .               1             Şəhər     .               .               .               1

Qəsəbə  .               .               -             Qəsəbə  .               .               .               4

Kənd      .               .               22           Kənd      .               .                               91

KODLARADLARKODLARADLAR60501005

60501014

60501028

60501038

60501048

60501058

60501068

60501078

60502005

60502018

60502038

60502028

60503005

60503018

60503028

60523005

60523018

60520005

60520018

60520038

60520028

60505005

60505018

60505048

60505038

60505028

60504005

60504018

60504058

60504038

60504048

60504028

60519005

60519018

60519028

60519038

60517005

60517018

60517038

60517028

60518005

60518018

60518058

60518048

60518068

60518078

60518088

60518038

60518028

60518098

60516005

60516018

60516028

60516038

60522005

60522018

60522028

60522078

60522068

60522058

60522038

60522048  1. Cəbrayıl şəhər iəd

     C ə b r a y ı l   ş.

               Xubyarlı k.

               Xudaverdili k.

               İmambağı k.

               Qurbantəpə k.

               Şahvələdli k.

               Yarəhmədli k.

 2. Balyand kənd iəd

     B a l y a n d   k.

               Doşulu k.

               Qaracallı k.

 3. Böyük Mərcanlı kənd iəd

     B ö y ü k   M ə r c a n l ı   k.

               Yuxarı Mərcanlı k.

 4. Cocuq Mərcanlı kənd iəd

     C o c u q    M ə r c a n l ı   k.

 5. Çərəkən kənd iəd

     Ç ə r ə k ə n   k.

               Əfəndilər k.

               Papı k.

 6. Dağ Tumas kənd iəd

     D a ğ    T u m a s   k.

               Çələbilər k.

               Qaraağac k.

               Sofulu k.

 7. Hacılı kənd iəd

     H a c ı l ı   k.

               Hüseynalılar k.

               Kavdar k.

               Mirək k.

               Tulus k.

 8. Horovlu kənd iəd

     H o r o v l u   k.

               Çapand k.

               Safarşa k.

 9. Hovuslu kənd iəd

     H o v u s l u   k.

               İsaqlı k.

               Qalacıq k.

10. Xələfli kənd iəd

     X ə l ə f l i   k.

             Aşıq Məlikli k.

             Kürdlər k.

             Qərər k.

             Quşçular k.

             Niftalılar k.

             Nüsüs k.

             Tatar k.

             Yuxarı Nüsüs k.

21. Süleymanlı kənd iəd

     S ü l e y m a n l ı   k.

               Daşkəsən k.

               Qışlaq k.

22. Şahvəlli kənd iəd

     Ş a h v ə l l i   k.

               Göyərçin Veysəlli k.

               Hacı İsaqlı k.

               Qoşabulaq k.

               Qovşudlu k.

               Niyazqulular k.

               Tinli k.60507005

60507018

60507048

60507038

60507028

60507058

60506005

60506018

60506048

60506058

60506038

60506028

60509005

60509018

60509038

60509066

60509076

60509088

60509056

60509028

60508005

60508018

60508038

60508028

60510005

60510018

60510028

60510038

60511005

60511018

60511028

60512005

60512018

60512038

60512048

60512028

60513005

60513018

60513028

60513038

60514005

60514018

60514038

60514098

60514058

60514028

60515005

60515018

60515048

60515028

60521005

60521018

60521048

60521028

60521038

60521076

60521058 11. Karxulu kənd iəd

     K a r x u l u   k.

               Aşağı Maralyan k.

               Cəfərabad k.

               Mahmudlu k.

               Yuxarı Maralyan k.

12. Qazanzəmi kənd iəd

     Q a z a n z ə m i   k.

               Çullu k.

               Dağ Maşanlı k.

               Xanağabulaq k.

               Söyüdlü k.

13. Qumlaq kənd iəd

     Q u m l a q   k.

               Dərzili k.

               Xələfli q.

               Xudafərin q.

             Xudayarlı k.

             Qumlaq q.

               Məstalıbəyli k.

14. Quycaq kənd iəd

     Q u y c a q   k.

               Nüzgar k.

               Şəybəy k.

15. Maşanlı kənd iəd

     M a ş a n l ı   k.

               Alıkeyxalı k.

              Hasanlı k.

16. Mehdili kənd iəd

     M e h d i l i   k.

               Çaxırlı k.

17. Minbaşılı kənd iəd

     M i n b a ş ı l ı   k.

               Ağtəpə k.

               Daş Veysəlli k.

               Sədi k.

18. Sarıcallı kənd iəd

     S a r ı c a l l ı   k.

               Əmirvarlı k.

               Məzrə k.

19. Sirik kənd iəd

     S i r i k   k.

               Aşağı Sirik k.

               Əsgərxanlı k.

               Molla Həsənli k.

               Şıxlar k.

20. Soltanlı kənd iəd

     S o l t a n l ı   k.

               Keçəl Məmmədli k.

               Yanarxac k.

23. Şükürbəyli kənd iəd

     Ş ü k ü r b ə y l i   k.

               Dəjəl k.

               Fuğanlı k.

               Həsənqaydı k.

               Mahmudlu q.

               Şıxalıağalı k.

Əhalisi

Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. 2008-ci il siyahıya alınmanın nəticələrinə əsasən əhalinin sayı aşağıdakı kimidir.