Adil Əliağa oğlu Rüstəmov () — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).
Həyatı Adil Əliağa oğlu Rüstəmov 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq Universitetini bitirmişdir.
1975-ci ildə Rəssamlar İttifaqına qəbul edilmişdir. 1981-ci ildə 3 qrafik rəssam ilə birgə sərgi keçirmişdir. 1985-ci ildə Arktika adlı fərdi sərgisini keçirmişdir. 1991-ci ildə Lirika və Poeziya adlı fərdi sərgisini keçirmişdir. 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı adına layiq görülmüşdür. 1994-cü ildə "Əliağa Vahid — 100" adlı fərdi sərgisini keçirmişdir. 1996-cı ildə "Füzuli — 500" adlı fərdi sərgisini keçirmişdir. 1996-cı ildə Novosibirsk şəhərində BİENAL-qrafika 99 Beynəlxalq Sərgisində iştirak etmişdir. 2000-ci ildə Azərbaycanda və Türkiyədə fərdi sərgiləri təşkil edilmişdir. Rəssamlıq Akademiyasında müəllim kimi çalışmışdır.
2010-cu ildə Xocalı soyqırımının ildönümü münasibətilə Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Adil Rüstəmovun "Qarabağ şikəstəsi" adlı fərdi sərgisi keçirildi. Sərgidə 40 qrafika nümunəsi nümayiş etdirilmişdir.
Adil Rüstəmov 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı olmuşdur. 1997-ci ildə "Humay" mükafatına, 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:"Humay" mükafatı laureatları Kateqoriya:"Məmməd Araz" mükafatı laureatları