Azərbaycan Sənaye Bankı – Azərbaycanda fəaliyyət göstərən bank.
1996-cı ildə "Capital Investment Bank" (CI Bank) olaraq yaradılmış, 2006-cı ildən hazırkı adı ilə fəaliyyət göstərən ASB Bank hüquqi və fərdi müştərilərə bütün növ bank xidmət və məhsullarını təqdim edir. Bankın 4-ü Bakı şəhərində, eyni zamanda Sumqayıt, Gəncə və İmişlidə olmaqla 7 filialı vardır. ASB "Azərbaycan Sənaye Sığorta", "Azərbaycan Sənaye Lizinq", "Azərbaycan Beynəlxalq Bankı Gürcüstan", kart prosesinq mərkəzi "Millikart" və "Bakı Fond Birjası" kimi təşkilatların səhmdarıdır.
Xarici keçidlər http://www.asb.az/ http://www.facebook.com/asbbankaz
Kateqoriya:Azərbaycan bankları Kateqoriya:1996-cı ildə Azərbaycanda yarananlar