Vandeya (, ) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 85. İnzibati mərkəzi — La-Roş-sür-Yon. Əhalisi — 654 096 nəfər (departamentlər arasında 37-ci yer, 2010-cu ilin məlumatları).

Coğrafiyası Ərazi 6,720 km² əhatə edir. Departamentin ərazisində Sevr-Nantez, Sevr-Nyortez, Les və Vandeya çayları axır. Departamentə Nuarmutye və Ye adaları daxildir.

Departamentə 3 rayon, 31 kanton və 282 kommun daxildir.

Əsas şəhərləri La-Roş-sür-Yon Le-Sabl-d’Olon Fontene-le-Kont Şantoni

Tarixi Vandeya, 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Puatu əyalətinin ərazisində yerləşir. Adı Vandeya çayından gəlir. 1793-cü ildə buradakı Jak Katelino rəhbərliyi altında güclü bir əks-inqilab mərkəzi qurulub. Həmin vaxtın hadisələrində Vandeya üsyanı kimi tanınır.

Qalereya

Ədəbiyyat Плюшар, Адольф Александрович. Энциклопедический лексикон, том 8. — Типография А. Плюшара; С.-П., 1837 — с. 227 (Вандея, Вандейскiй Департаментъ).

Xarici keçidlər Préfecture Conseil général Avropa sayağı inqilab

Kateqoriya:Fransa departamentləri