Vogezlər () — Fransanın şərqində yerləşən, Qrand Est regionun departamentlərindən biri. Sıra nömrəsi — 88. İnzibati mərkəzi — Epinal. Əhalisi — 392,846 nəfərdir (departamentlər arasında 61-ci yer, 2010-cu ilin məlumatları).
Coğrafiyası Ərazisi — 5874 km². Vogezlər dağ massivində yerləşən departamentin ərazisində Sona çayı axır.
Departamentə 3 rayon, 31 kanton və 515 kommuna daxildir.
Tarixi Vogezlər — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış ilk 83 departamentdən biridir. Keçmiş Lotaringiya əyalətinin ərazisində yerləşir. Adı Vogezlər dağ massivindən gəlir.
1794-cü ildə bu bölgədə inqilabçı Fransa qoşunları və Alman dövlətlərinin koalisiya ordusu arasında böyük bir döyüş baş verdi.
1793 və 1795-ci illərdə, Salm Knyazlığı və Şmirek əyalətinin qonşu torpaqları, departamentin orijinal ərazisinə daxil edildi. 1870–1871-ci illərdə Fransanın franko-prussiya müharibəsindən sonra, departamentin ərazisinin təxminən 4 % Almaniyaya verildi.
Fransadakı ilk turizm ofis Jerarmer şəhərində açıldı.
Qalereya
Həmçinin bax Vogezlər meydanı (Paris)
Xarici keçidlər
Préfecture
Kateqoriya:Qrand Estın departamentləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri