Qalaqayın məscidi — Səfəvilər dövlətinin inzibati bölgüsü olan Təbriz bəylərbəyliyi Ərdəbil əyalətinin Muğan mahalında tikilmiş məscid.

Daş qeydlərdə Hacı Zeynalabidin adlı şəxs tərəfindən 1831-ci ildə təmir edildiyi qeyd edilmişdir. Sonuncu dəfə 1988-ci ildə əsaslı şəkildə təmir olunub.

Məscid düzbucaqlı formadadır, divarları ərəbcə Quran ayələri ilə bəzədilib. İbadət evinin bir minarəsi və üç günbəzi var. Minarə dəmirdəndir və onun hündürlüyü 17 metr təşkil edir. Günbəzlər də dəmirdəndir və məscidin damında yerləşir.

Sovet dövründə ibadətgah anbar kimi istifadə edilib. 1990-cı ildə məscidin fəaliyyəti bərpa olunub.Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.

Həmçinin bax Baba Samid məqbərəsi Şamaxı məscidi Köhnə hamam

İstinadlar

Xarici keçid mes.mctgov.az. sabirabad.mctgov.az "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" e-qanun.az

Kateqoriya:Sabirabadın görməli yerləri Kateqoriya:Səfəvi memarlığı Kateqoriya:XVII əsr memarlığı Kateqoriya:Cavad xanlığı Kateqoriya:Muğan mahalı Kateqoriya:Sabirabad rayonunun abidələri Kateqoriya:Azərbaycandakı şiə məscidləri Kateqoriya:Şirvan-Abşeron memarlıq məktəbi Kateqoriya:Səfəvilər dövründə tikilən məscidlər Kateqoriya:Qalaqayın