() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Orta Asiyada geniş yayılmışdır

Botaniki xarakteristikası Hündürlüyü 2 m-ə çatan, budaqları az tüklü, erkən yaşlarında qırmızı-qonur, sarı, yaşlı nümayəndələrdə isə al-qırmızı-qonur rəng alan kol bitkisidir. Budağın üzərindəki iynələr əsasən 3 hissəli, uzunluğu 0,5-2,5 sm-ə qədərdir. Yarpaqların uzunluğu 2,5-4,5 sm-dir, yumurtaşəkilli-ellipsvaridir, uzunsovdur, ucu biz, kənarları dişlidir. Üst tərəfdən tutqun-yaşıl, bir az tüklü və ya çılpaq, alt tərəfdən isə boz-yaşıl rəngli və tüklüdür. Çiçəkləri parlaq yaşıl, diametri təxminən 0,6 sm-dir, uzunluğu 2,5-3,5 sm olan sıx salxımlara yığılmışdır. Meyvələri uzunsov-yumurtaşəkilli, uzunluğu 1 sm-ə qədər olub, al-qırmızıdır.

Ekologiyası Soyuğa, küləyə, kölgəyədavamlı olub, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur. Abşeronda park və bağlarda, həyətyanı sahələrdə becərilir.

İstifadəsi Dekorativ görünüşə malikdir. Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadəsi məqsədəuyğundu.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax