Arif Gülağa oğlu Əsədov (18 avqust, 1970, BakıСЕЛЕКЦИЯ: Высший дивизион. Тюмень-1998 , "Спорт-Экспресс", 12.03.1998, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu, müdafiəçi. Azərbaycan milli futbol komandasının keçmiş üzvüdür.

Bioqrafiya "Neftçi" yetirməsi olan futbolçu klubun 15 yaşlılardan ibarət komandasında oynamışdır. Bir müddət sonra isə SSRİ gənclərdən ibarət yığmasına dəvət almışdır. Bu yığma ilə gənclər arasında dünya və avropa çempionu olur.

1988-ci ildə "Neftçi"nin tərkibində SSRİ futbol çempionatının yüksək liqasında debüt edib.

1989 - 1991-ci illərdə SSRİ 1-ci liqasında oynamışdır. 1992-ci ildə isə Azərbaycan Yüksək Liqasında oynamışdır.

1994-cü ildə Vladiqafqazın "Spartak" klubuna keçir və həmin klubda 20 oyunda 1 qol vurub. Çempionatın sonlarına yaxın "Neftçi" klubuna qayıdır.

1998-ci ildə isə yenidən Rusiya yüksək liqasına qayıdır və Tümen klubunda çıxış edir. 1999-cu ildə isə Anji klubunda 1-ci liqada oynayır.

1999-cu ildə yenidən Azərbaycana qayıdan futbolçu 1 mövsümü Ağdamın "Qarabağ" klubunda, 2 mövsümü isə "Neftçi"də keçirir.

2003/04 mövsümündə "Qarabağ"la çempionatın bürünc medalını əldə edir. 2004/05 mövsümünün əvvəlini "Xəzər Lənkəran, sonradan isə "Gəncə" klubunda keçirir.

2005/06 mövsümün əvvəlində futbolçu karyerasını bitirərək məşqçilik fəaliyyətinə başlayır.

2006—2007-ci illərdə Azərbaycan U-19 yığmasına məşqçilik etmişdir.

2008/09 mövsümündə "Neftçi"nin əvəzedicilərinin məşqçisi olur və həmin mövsüm əvəzedicilər arasında "Neftçi" çempion olur. 2009-cu ilin mayından isə Böyükağa Ağayevin əsas köməkçilərindən birinə çevrilirАриф Асадов назначен помощником главного тренера "Нефтчи".

2010-cu ilin fevralında "Neftçi"nin baş məşqçisi olur. Bu zaman 2010/2011 mövsümünün qalibi olur. 2011-ci ilin iyul ayında Çempionlar Liqasının təsnifat mərhələsindəki uğursuzluq səbəbindən istefa verirАриф Асадов представил президенту клуба заявление об отставке.

5 noyabr tarixindən etibarən isə Azərbaycan U-19 milisininin baş məşqçisi olmuşdur. Bu postda Vəli Qasımovu əvəzləmişdir.

Nailiyyətləri Azərbaycan çempionu: 1992, 1995/96 ("Neftçi") Azərbaycan Çempionatının gümüş medalçısı: 1996/97, 1997/98, 2000/01, 2001/02 ("Neftçi"), 2004/05 "Xəzər Lənkəran") Azərbaycan Çempionatının bürünc medalçısı: 1993, 1994/95 ("Neftçi"), 2003/04 ("Qarabağ") 16 yaşlılar arasında Dünya çempionu: 1987 19 yaşlılar arasında Avropa çempionu: 1988

İstinadlar

Xarici keçidlər 20px|link=YouTube Unudulmaz xatirələr: Arif Əsədov

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Alaniya FK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının məşqçiləri Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular