Battle Angel Alita: Mars Chronicle () və ya Yaponiyada tanınan adı ilə – Yukito Kişiro tərəfindən yazılan və çəkilən manqa seriyası. "Battle Angel Alita" manqa seriyasının davamıdır. "Battle Angel Alita: Last Order" manqasının sikveli olan bu manqa "Battle Angel Alita" franşizinin son hissəsidir.
Məzmun Manqada hadisələr Yoko (Alita) və Erikanın Qelda tərəfindən mina ərazisindən xilas edilməsi ilə başlayır. Daha sonra süjet indiki vaxta çəkilir: Alita ZOTT-dan bir neçə il sonra əvvəllər yaşadığı yerdəki yetimxananı ziyarət etmək üçün Marsa yollanır. O, burada Erika ilə tanış olur və dərhal Mars güc mübarizəsinə daxil olur. Süjet xətti yenə Yuko və Erikanın uşaqlıqlarına qayıdır. İkisi yollarını ayırır və Erikanın Marsda gizli xəzinə axtaran Baron Muster adlı cinayətkarla olan macəralarından bəhs edilir.
Manqada hadisələr 370-ci ildə (b.e. 2336-cı ildə) başlayır və 594-cü ildə (b.e. 2550-ci ildə) bitir.
Buraxılış
Yukito Kişiro manqanı 1 yanvar 2014-cü ildə anons etmiş və 2014-cü ilin ikinci yarısından nəşr olunacağını bildirmişdir. Həmin ay "Battle Angel Alita: Last Order" manqasının nəşri başa çatmışdır. 28 oktyabr 2014-cü ildə Kodansha nəşriyyatının "Evening" jurnalında manqa nəşr olunmağa başlamışdır. Serializasiya 11 mart 2025-ci ildə başa çatdı. Manqanın indiyə qədər 11 cildi buraxılmışdır. "Battle Angel Alita: Mars Chronicle" "Battle Angel Alita" franşizinin son hissəsidir. Kodansha USA manqanı ABŞ üçün lisenziyalaşdırmışdır.
Qeydlər
İstinadlar
Xarici keçidlər Evening-də
Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Kiberpank anime və manqaları Kateqoriya:Postapokaliptika anime və manqaları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Kodansha manqaları Kateqoriya:Battle Angel Alita Kateqoriya:Uydurmada Mars Kateqoriya:Uydurmada XXIV əsr Kateqoriya:Uydurmada XXV əsr Kateqoriya:Uydurmada XXVI əsr Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Uydurmada nanotexnologiyalar