Parisdən məhəbbətlə () — Conatan Ris Meyers və Pierre Morelin ortaq rejissorluğu çəkilən, baş rolda Con Travoltanın yer aldığı 2010-cu il istehsalı aksiyon tipli film. Filmin senarisi, Lük Besson və Adi Hasak tərəfindən yazılmışdır. Film, 5 fevral 2010-cu ildə tarixində ABŞ-də vizyona girmişdi.

Məzmunu

Ceyms Ris, Amerikanın Fransa səfirliyində MKİ üçün aşağı səviyyəli bir missiya üzərində çalışır. Ceymsin, Parisdə fransız sevgilisi ilə birlikdə yaşadığı oldukça yaxşı bir həyatı vardı. Ancaq Ceymsin ən böyük istəyi vəzifəsinin qalxması idi. Ceyms istədiyi kimi yuxarı vəzifəyə təyin edilir. Yeni vəzifədə onu yeni tərəfdaşı, xüsusi agent Çarli Vaks (Con Travolta) müşayiət edir. 

Silaha maraqlı olan, zarafatcıl və hər hansı bir şeyə bağlı olmayan Çarli ilə ortağı Ceyms, bir terror hücumunun qarşısını almaq üçün əmr alırlar. Lakin Ceyms, yeni işindən narazı olmağa başlamışdı və əvvəlki işinə geri dönməyə can atırdı. Ortaqların izlərinə düşdükləri cinayət təşkilatı, Ceymsi hədəfə alır. Artıq Ceyms üçün, sonrakı 48 saat içində həyatda qala bilmək üçün tək umid ortağı Çarli olacaq.

İstinadlar

Xarici keçidlər

AllMovie

(ing.)

Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:2010-cu ilin Fransa filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Lionsgate filmləri Kateqoriya:Terrorizm haqqında filmlər Kateqoriya:Fransanın triller filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Detektiv filmləri