Ramil Əliyev () — Azərbaycan futbol mütəxəssisi, Azərbaycan futbol tarixində Premyer Liqada debüt etmiş ən gənc baş məşqçi (20 yaş).

Həyatı Ramil Əliyev 21 iyun 1986-cı ildə Belarusiya SSR-nin Brest şəhərində anadan olmuşdur.

Karyerası Futbolçu Futbol üzrə Azərbaycan çempionatı 2004/2005 mövsümündə MOİK-də çıxış edib və zədə səbəbindən karyerasını erkən başa vurub.

Məşqçi Ramil Əliyev Azərbaycan futbol tarixində Premyer Liqada debüt etmiş ən gənc baş məşqçidir. O, 20 yaşında ikən 2006-cı ildə MOİK (Bakı) komandasını baş məşqçi kimi meydana çıxarmışdır. Futbol üzrə Azərbaycan çempionatı 2005/2006 mövsümündə 25 mart 2006-cı ildə MOİK (Bakı) – Olimpik (Bakı) oyununda Premyer Liqada baş məşqçi kimi debüt etmiş və həmin qarşılaşmadan komandası 0:2 hesabı ilə məğlub ayrılmışdır.

Ramil Əliyev UEFA-nın A lisenziyasına malikdir.

Uğurları Məşqçi kimi MOİK (Bakı) Azərbaycan I Divizonu – 2-ci yer (2007-2008, 2009-2010) Heydər Əliyev Kuboku – 1-ci yer (2017)

Rəvan (Bakı) Azərbaycan I Divizonu – 3-cü yer (2015)

İstinadlar

Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları