Ülviyyə Hasil qızı FətəliyevaGəncə şəhər İxtisaslaşdırılmış Şahmat-Dama Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi () — azərbaycanlı şahmatçı, beynəlxalq usta (2022). Həyatı Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə Gəncə şəhərində, Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor olan Hasil Fətəliyevin ailəsində anadan olub. Əslən Zərdab rayonunun İsaqbağı kəndindəndir. Gəncə şahmat məktəbinin yetirməsidir. Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistr təhsilini isə İtaliyada almışdır.

Karyerası 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub.

2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.

2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb. Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.

2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında 8 xalla brünc medala sahib olmuşdur.European Women Chess Championship 2022 . Chess-results.com 2024-cü ildə Yunanıstanda baş tutmuş Avropa çempionatında 8,5 xalla qalib olmuşdur. Beləliklə, Avropa çempionatında qızıl medal qazanmış ilk Azərbaycan qadın şahmatçısı olmuşdur.

2026-cı ildə şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının final görüşündə Ayan Allahverdiyevanı tay-brekdə 1,5–0,5 hesabı ilə məğlub edərək karyerasında ilk dəfə Azərbaycan çempionu olmuşdur.

Milli komanda Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017, 2021, 2025) və Avropa çempionatlarının (2015, 2017, 2019, 2021, 2023) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.

2022-ci ilin 28 iyul-9 avqust tarixləri arasında Hindistanın Çennai şəhərində keçirilmiş 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində beşinci lövhədə mübarizə aparmış və şəxsi göstəricidə gümüş medal qazanmışdır.44th Chess Olympiad 2022 Women . chess-results.com

2025-ci ilin noyabrında İspaniyanın Linares şəhərində təşkil olunmuş dünya komanda çempionatında Azərbaycan yığmasının heyətində gümüş medala sahib olub. Komandasının heyətində birinci lövhədə mübarizə aparan Ülviyyə, şəxsi göstəricidə isə qızıl medal qazanıb.

Reytinqi FİDE-nin 2025-ci il dekabr ayının 1-nə olan reytinq sıralamasında 2440 ELO xalı ilə 33-cü sırada qərarlaşıb.

İstinadlar

Xarici keçidlər

20px|link=YouTube Təhsil TV-nin filmi: Ülviyyə Fətəliyeva

Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat üzrə Avropa çempionları Kateqoriya:Azərbaycan Dillər Universitetinin məzunları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat beynəlxalq ustaları