Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.

Tarixi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir.

Direktorları Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər: Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889–1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il Əhməd Əli oğlu Əhmədov (1903–1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il İdris Zaman oğlu Həsənov (1897–1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il Heydər Hüseynov (1908–1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il Yakov Dmitriyeviç Kozin (1896–1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il Fəzləddin Babayev – (1903–1939) 1 avqust 1939 – 1 oktyabr 1939-cu il Məmməd Arif Dadaşzadə (1904 –1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il. İkinci dəfə: 7 dekabr 1957 – 17 sentyabr 1959-cu il Akademik Mirzə Əjdər oğlu İbrahimov (1911–1993) – 15 avqust 1950 – 29 fevral 1952-ci il Professor MirzağaYüzbaşi oğlu Quluzadə (1907–1979) – 29 fevral 1952 – 7 dekabr 1957-ci il. İkinci dəfə: 19 aprel 1968 – 9 aprel 1979-cu il. Akademik Məmmədağa Şirəli oğlu Şirəliyev (1909–1991) – 1 iyun 1960 – 19 aprel 1968-ci il Akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923–2006) – direktor vəzifəsini icra edən – 19 aprel 1979 – 15 may 1980-ci il Akademik Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov (1909–1992) 15 may 1980 – 10 aprel 1981-ci il AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920 –2002) – 10 aprel 1981 – 9 sentyabr 1985-ci il AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936–2002) – 9 sentyabr 1985 – 25 avqust 2002-ci il Akademik Bəkir Əhməd oğlu Nəbiyev (1930–2012) – 10 fevral 2003 – 15 mart 2012-ci il Akademik Teymur Həşim oğlu Kərimli (1953, 2 oktyabr) direktor vəzifəsini icra edən – 4 iyul 2002 – 10 fevral 2003-cü il; İkinci dəfə: 15 mart 2012 – 19 iyun 2013-cü il Akademik İsa Əkbər oğlu Həbibbəyli (1949, 16 oktyabr) – 19 iyun 2013-cü il tarixindən indiyə qədər.

Rəhbərlik İnstitutun baş direktoru: Akademik İsa Həbibbəyli İnstitutun icraçı direktoru: Filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Elmi katib: Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı

Struktur bölmələri Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatşünaslıq elmi aşağıdakı şöbələr və sektorlar üzrə araşdırılıb tədqiq edilir: Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr (Fil.e.d., prof.Məhərrəm Qasımlı). Ortaq başlanğıc və intibah dövr Azərbaycan ədəbiyyatı (Fil.e.d. prof. İmamverdi Həmidov) Orta əsrlər Azərbaycan ədəbiyyatı (Fil.e.d., dos. Fəridə Əzizova) Nizamişünaslıq şöbəsi (AMEA-nın müxbir üzvü Nüşabə Araslı) Füzulişünaslıq sektoru (Fil.e.d., dos. Ataəmi Mirzəyev) Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı (Fil.e.d. İslam Qəribli) XX əsr Azərbaycan ədəbiyyatı (Fil.e.d., prof. Şirindil Alışanlı) Azərbaycan mühacirət ədəbiyyatı (Fil.e.d., dos. Nikpur Cabbarlı) Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı (AMEA-nın müxbir üzvü Tehran Mustafayev) Cənubi Azərbaycan ədəbiyyatı (Fil.e.d. Rəhim Əliyev) Ədəbiyyat nəzəriyyəsi (Fil.e.d., prof. Tahirə Məmməd) Ədəbi tənqid (Fil.e.d., dos. Vaqif Yusifli) Mətbuat tarixi və publisistika (Fil.e.d., prof. Vüqar Əhməd) Dünya ədəbiyyatı və komparativistika (Fil.e.d., prof. Gülər Abdullabəyova) Azərbaycan- Asiya ədəbi əlaqələri (Fil.e.d., prof. Bədirxan Əhmədov) Türk xalqları ədəbiyyatı (Fil.e.d. prof. Məmməd Əliyev) Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri (Fil.e.d., dos. Almaz Ülvi Binnətova) Uşaq ədəbiyyatı şöbəsi (Fil.e.d., dos. Elnarə Akimova) Köməkçi şöbələrdən Beynəlxalq Əlaqələr, Elmi nəşrlər və proqnozlaşdırma, İctimaiyyətlə Əlaqələr və Təhsil şöbələri İnstitutun çoxcəhətli fəaliyyətini əlaqələndirir. Bundan başqa, İnstitutda Çin Tədqiqatları Mərkəzi (4 fevral 2015-ci il), Koreya mərkəzi (9 fevral 2015-ci il) və Əlişir Nəvai adına Ədəbiyyat Mərkəzi (29 iyun 2018-ci il) fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri Folklorun tarixi və nəzəriyyəsi, toplanması və nəşri, ən qədim dövrlərdən bu günə qədər Azərbaycan ədəbiyyatının tarixi mərhələləri və inkişaf qanunauyğunluqları, nəzəri problemləri, ədəbi əlaqələr, Cənubi Azərbaycanda ədəbi proses, xaricdə Azərbaycan ədəbiyyatı, ortaq türk ədəbi abidələri, müasir və klassik bədii irsin nəşri.

Beynəlxalq əlaqələri Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu aşağıdakı akademik qurumlar və universitetlərlə əməkdaşlıq müqaviləsi və memorandum imzalamışdır: Almaniyanın Berlin Humboldt Universitetinin (HU Berlin) Azərbaycan tarixi kafedrası (2 noyabr 2013-cü il) Astanada yerləşən Beynəlxalq Türk Akademiyası (6 noyabr 2013-cü il) Gürcüstan Respublikasının Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu (19 dekabr 2013-cü il) Türkiyə Cümhuriyyətinin Qafqaz Universitetlər Birliyi (17 yanvar 2014-cü il) Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialı (27 may 2014-cü il) Sankt-Peterburq "Smolnı Universiteti" İnnovasiya Elmi-təhsil Konsorsiumu (16 oktyabr 2014-cü il) Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutu (19 noyabr 2014-cü il) Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutu (4 fevral 2015-ci il) İran İslam Respublikasının Təbriz Universiteti (14 sentyabr 2016-cı il) Rusiya Elmlər Akademiyasının A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (20 dekabr 2016-cı il) Belarus Milli Elmlər Akademiyasının Belarus mədəniyyəti, dili və ədəbiyyatı tədqiqatları mərkəzinin Yanki Kupala adına Ədəbiyyatşünaslıq İnstitutu (20dekabr 2016-cı il) Türkiyənin İqdır İnstitutu (3may 2017-ci il) Türkiyənin İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) təşkilatı (27 aprel 2017-ci il) Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi (8dekabr 2017-ci il) Pekin Xarici Dillər Universiteti (19 aprel 2018-ci il) Bolqarıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu (21 may 2018-ci il) Monqolustan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutu (6 avqust 2018-ci il) Çin Milli Mədəniyyətşünaslıq Mərkəzi (19 oktyabr 2018-ci il) Nəsimi adına Dilçilik İnstitutu və Türk Dil Qurumu (22 oktyabr 2018-ci il) AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Pakistan Muslim İnstitutu arasında akademik və tədqiqatlar üzrə Anlaşma Memorandomu. (21 iyun 2019-cu il) Nəsimi adına Dilçilik İnstitutu və Türk Dil Qurumu (22 oktyabr 2018-ci il) Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Fərqanə Dövlət Universiteti arasında müqavilə (2020-ci il) Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikası Ali və Orta İxtisas Təhsil Nazirliyinin Gülüstan Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi. (2020-ci il)

Elmi nəticələr Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir sıra əhəmiyyətli tədqiqat əsərləri hazırlanıb nəşr edilmişdir: Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. I kitab Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. II kitab Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri. I cild Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri. II cild Azərbaycan ədəbiyyatı tarixi X cilddə Molla Nəsrəddin ensiklopediyası

Nəşrləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının elmi əsərlərinin biblioqrafik göstəriciləri 2014-cü ildən etibarən ardıcıl olaraq kitab halında çap olunur.

Jurnallar Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun elmi jurnalı olan "Ədəbiyyat məcmuəsi" (hazırda "Azərbaycan ədəbiyyatşünaslığı") jurnalı 1946-cı ildən çıxan respublika miqyasında əsas elmi nəşrlərdən biri hesab olunur. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı olan — "Poetika.izm" 2014-cü ildən nəşr olunur. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı olan — "Müqayisəli ədəbiyyatşünaslıq" 2004-cü ildən 2018-ci ilə qədər "Ədəbi əlaqələr" adı ilə nəşr olunub. Jurnal 19 fevral 2019-cu ildən "Müqayisəli ədəbiyyatşünaslıq" adı ilə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

"Sənətkarın elmi pasportu" seriyası Nizami Gəncəvi adına Ədəbiyyat institutunda görkəmli yazıçı və şairlərimizin ədəbiyyatşünas alimlərimizin həyat və yaradıcılıqlarının öyrənilməsi məqsədilə "Sənətkarın elmi pasportu" seriyası yaradılmışdır. "Sənətkarın elmi pasportu" seriyasında aşağıdakı kitablar nəşr olunmuşdur: Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı (kollektiv). Bakı, "Elm və təhsil",2018, 332 s. Yadigar Əsgərova. Səməd Mənsur. Həyatı və yaradıcılığı. Bakı, 2019. 176 s. Böyük Azərbaycan şairi İmadəddin Nəsimi (kollektiv monoqrafiya). Bakı,"Elm", 2019, 400 s. Firudin Qurbansoy. İmadəddin Nəsimi. Bakı, "Elm", 2019, 136 s. Lətifə Mirzəyeva. Kərim Məşrutəçi Sönməz. Bakı, "Elm və təhsil", 2019, 184 s. Akademik Məmməd Cəfər Cəfərov: şəxsiyyəti və yaradıcılığı (kollektiv monoqrafiya). Bakı, "Elm və təhsil", 2019, 208 s. Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu. Bakı, "Elm və təhsil", 2019, 344 s. Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası. (kollektiv monoqrafiya). Bakı, "Elm və təhsil", 2020, 148s. Əfzələddin Xaqani. Həyatı və yaradıcılığı (kollektiv monoqrafiya). Bakı, "Elm və təhsil", 2020, 395 s. Mehman Həsənli. Çingiz Aytmatov fenomeni və Azərbaycan. Bakı, "Elm və təhsil", 2020, 406 s. Almaz Ülvi. Əlişir Nəvainin əsri və nəsri (elmi- filoloji və dini-təsəvvüf əsərləri). Bakı, "Elm və təhsil", 2020, 570 s. İslam Qəribli. Məhəmməd Hadi: həyatı və yaradıcılığı. Bakı, "Elm və təhsil", 2020, 570 s. Elmira Babayeva. Mövlud Süleymanlı: həyatı və yaradıcılığı. Bakı, "Elm və təhsil", 2020, 204 s. Lətifə Mirzəyeva. Həsən Məcidzadə Savalan: həyatı və yaradıcılığı. Bakı, "Elm və təhsil", 2020, 200 s. Solmaz Daşdəmirova. Pərvin Etisaminin həyat və yaradıcılığı. Bakı, "ULU" İKF, 2020, 68 s. Teymur Əhmədov. Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı). Bakı, "Nurlar", 2020, 552 s. Əlizadə Əsgərli. Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi. Bakı, "Nurlar", 2020, 338 s. Muxtar Auezov: həyatı və yaradıcılığı (kollektiv). Bakı, "Elm və təhsil", 2020, 180 s. İsa Həbibbəyli, İsmixan Osmanlı. Qabdulla Tukay və Azərbaycan. Bakı, "Elm və təhsil", 2021, 536 s. Bədirxan Əhmədli. Rabindranat Taqor: Yeni Hindistanın manifesti. Bakı: "Elm və təhsil", 2021, 372 s.