Təvəkkül Yaqub oğlu Məmmədov () — Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq başçısı.
Həyatı 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda "Zaqfederasiya" gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materaialları kombinatında növbə rəisliyindən direktor vəzifəsinə kimi yüksəlib. 1976-cı ildən 1981-ci ilədək kombinata rəhbərlik edib.
Siyasi fəaliyyəti 1981-ci ildə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışır. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub. 1995-ci ildən 2000-ci ilə kimi "Azərkimya" Dövlət Şirkətinin birinci vitse-prezidenti işləyib. Dəfələrlə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin və Azərbaycan SSR Ali Sovetin deputatı olub.
Təltifləri 16.11.2009-cu ildə Şöhrət ordeni ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri