Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden, ; ) — fransız heykəltaraş.

Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daim sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir. Rodenin yaradıcılığı realizm, romantizm, impressionizm və simvolizmin birləşməsini əhatə edirdi. Roden qəhrəmanlarının hərəkət və emosional durumunu bədii vasitələrlə izləyiciyə çatdırmaqda virtuoz ustalığa yiyələnmişdir. Onun əsas işləri "Düşünən adam", "Kale vətəndaşları" və "Öpüş" heykəlləridir.

Həyatı

Uşaqlıq və gənclik illəri 220px|thumb|left|Roden, 1862-ci il Ogüst Roden 12 noyabr 1840-cı ildə Parisdə anadan olmuşdur. Atası Jan-Batist Roden prefekturada çalışırdı və Ogüst onun Lotaringiya sakini Mari Şefferlə olan ikinci nikahından dünyaya gələn ikinci övladı idi. Onların ilk övladı isə yaşca Rodendən 2 yaş böyük olan bacısı Mari idi.

Məktəbdə oxuduğu illərdə Roden rəsm dərsindən savayı digər fənnlərə maraq göstərmirdi. 14 yaşında Ogüst atasından École Gratuite de Dessin (Petite École (Kiçik məktəb) kimi də tanınır) təhsil müəssisəsinə daxil olmaq barədə razılıq alır. Çox güman atasının belə qərar verməsində 16 yaşlı bacısı Mari vacib rol oynamışdır. Bu təhsil müəssisəsində gələcəyin rəssam, dekorator, zərgər və oxşar peşə sahibləri nümayəndələri hazırlanırdı. Rodenin müəllimi rəssam və pedaqoq Lekok de Buabodran olmuşdur. Buranı bitirdikdən sonra Roden üç dəfə Milli zərif incəsənət ali məktəbinə qəbul olmağa cəhd göstərsə də, lakin uğursuzluqla rastlaşmışdır.

Bu dövrdən başlayaraq Roden usta yanında ictimai işlərin hazırlanmasında dekorator, heykəltaraş kimi çalışmışdır. O heykəltaraş Antuan Barinin Təbiət tarixi muzeyində keçirilən dərslərində iştirak edirdi. 1862-ci ildə bacısı Mari peritonitdən (qarın boşluğu iltihabı)monastrda vəfat etmişdir. Bacısının ölümündə özünü günahkar sayan Roden müəyyən müddət heykəltaraşlıqla məşğul olmağı dayandırmışdır. Rodenin istedadına bələd olan Xoşbəxt sirr konqreqasiyasının yaradıcısı keşiş Pyer Eymar rahib olmağa çalışan Rodeni yenidən incəsənətlə məşğul olmağa qaytara bilmişdir. Roden Antuan-Lui Baridən dərslər götürməklə yanaşı dekorator kimi çalışmağa başlamışdır. 1863-cü ildə keşiş Eymarın büstünü yaratmışdır.

Heykəltaraşlığa yenidən qayıtdıqdan sonra Roden bir müddət dekorator kimi çalışmışdır. Həmin dövrdə işlərini anonim olaraq yerinə yetirdiyindən əsərlərin əksəriyyətini identifikasiya etmək mümkün deyil. Məlumdur ki, Roden Parisin Qaite teatrı və Qoblen teatrının(hal-hazırda kinoteatr kimi fəaliyyət göstərir) fasadının tərtibat işlərini yerinə yetirmişdir. 1864-cü ildə toxucu Roza Bere ilə tanış olmuş və onunla birgə yaşamışdır. Roza cəlbedici görünüşə sahib olduğundan o Rodenin bir sıra əsərlərinin modeli qismində çıxış etmişdir. Bunlara misal olaraq, "Güllü şlyapalı qız" (1865–1870), "Minyon" (1870) və "Vakxankalar" heykəllərini (Sonuncu müvafiq yerdəyişmə zamanı sınmışdır) göstərmək olar. Roden Roza Bere ilə uzun müddət nikahda olmasalar da, heç vaxt ayrılmamışdılar. Lakin Roden daimiliyi sevmədiyindən onların münasibətlərində fərqli mərhələlər olmuşdur.

Formalaşması Roza Bere ilə tanışlıqdan sonra Roden vaxtilə at tövləsi olmuş yeri şəxsi emalatxanasına çevirmişdir. 1864-cü ildə Roden Bibi ləqəbli yerli sakinin büstünü hazırlamışdır. Burada heykəlin fərqləndirici xüsusiyyəti qəhrəmanın ifadəli simasının sınmış burunla təsvir edilməsi idi. Şaxtalar zamanı pis şəraitdə saxlanılan gəncin büstü çatlamış, nəticədə yalnız maska qalmışdır. Bu isə Rodenə "Burnu sınmış insan" büstünü Paris Salonuna göndərməyə mane olmuşdur. Qırışlar, çapıqlarla dolu olan büstün siması akademik gözəllik qanunauyğunluğuna müvafiq olmadığından rədd edilmişdir. 1864–1870-ci illərdə Roden heykəltaraş Alber Karrye-Bellezin emalatxanasına çalışaraq dekorativ heykəlciklərin hazırlanması ilə məşğul olmuşdur.

1870-ci ildə Fransa–Prussiya müharibəsinin başlaması ilə əlaqədar 30 yaşlı Roden Milli Qvardiya polkuna səfərbər edilmiş, kapral rütbəsinə qədər yüksəlməyi bacarmışdır. Lakin növbəti tibbi müayinələrdən birində Rodenin uzağı görməməsi aşkarlanmış və o ordudan tərxis olunmuşdur.Jianou & Goldscheider, 34. Müharibə heykəltaraş üçün işsizlik və kasıblıq deməkdir. Bu səbəbdən Belçikaya köçən Karrye-Bellez Brüssel fond birjası binasının tərtibatı sifarişini alır. Belçikalı heykəltaraşlardan briqada toplayan Karrye-Bellez Rodenə Brüsselə gələrək onunla birgə çalışmaq təklifini irəli sürür. Təklifi qəbul edərək Brüsselə gələn Roden burada bir neçə ay qalmağı düşünsə də, həmin müddət 6 ilə qədər uzanır.

Roden Brüsseldə olarkən şəxsi evlər, birja binası üçün bir neçə heykəl, Loos burqomistrinin abidəsinin yan fiqurlarını hazırlamışdır. İş günündən sonra Roden Karrye-Bellez üçün kiçik heykəlciklər hazırlayırdı. O, isə onları bürüncə boyayaraq satırdı. Bir dəfə Roden bir heykəlciyi öz adı ilə imzalayıb Karrye-Bellezin vasitəçisinə satmaq istəmişdir. Lakin qiymət razılığı əldə edilmədiyindən vasitəçi Karrye-Bellezə bu haqda xəbər vermişdir. O isə dərhal Rodeni yanından qovmuşdur.

Fransa-Prussiya müharibəsinin bitməsindən sonra Karrye-Bellez Fransaya qayıtmış və müqaviləyə əsasən dekorasiya işlərinin tamamlanmasını heykəltaraş Antuan-Jozef Van Rasburq həyata keçirmişdir. O şəxsi işə başlamaq qərarına gələrək Rodendən onun şəriki olmağı xahiş edir. Onlar birlikdə İkseldə emalatxana icarəyə götürərək, işlərinin birgə satışını həyata keçirmək qərarını alırlar. Aralarındakı razılığa əsasən Belçikada satılacaq bütün heykəlciklər van Rasburq, Fransadakılar isə Rodenin adı altında satışa çıxmalı idi. Belçikada olduğundan Van Rasburq müştərilərini elə yerindəcə tapa bilirdi. Lakin Roden Belçikada ola-ola Fransadan hər hansı bir müştəri tapmaq imkanına malik deyildi. Roden emalatxanada daha çox vaxt keçirərək çoxlu imzasız dekorativ işlər hazırlamışdır. Ehtimal olunur ki, həmin dövrdə Van Raburqun adı ilə satılan işlərin bəziləri Roden tərəfindən hazırlanmışdır. Lakin bunu sübut edəcək hər hansı bir müəlliflik sübutu yoxdur.

Roden əldə etdiyi qazanc sayəsində Rozanı Parisdən İkselə gətirmişdir. 1875-ci ildə isə Roden "Burnu sınmış insan" büstünü (bu dəfə mərmərdən hazırlamışdır) yenidən Salonda nümayiş etdirmiş və bu dəfə qəbul edilmişdir.

Müəyyən qədər gəlir əldə etdikdən sonra Roden 1876-cı ildə İtaliyaya səyahət edir. Orada Genuya, Florensiya, Roma, Neapol və Venesiyaya səfərlər edir. Rodenin məqsədi İntibah incəsənəti, xüsusən Mikelancelo və Donatellonun yaradıcılığı ilə yaxından tanış olmaq idi. Onların işləri onun ədəbi istiqamətinə çox dərin təsir göstərmişdir.Hale, 49–50. Sonralar Roden bu haqda belə söyləmişdir. "Məhz Mikelancelo məni akademik heykəltaraşlıqdan azad etdi".Taillandier, 91. Rodenin İtaliyaya yolu Reyms şəhərindən keçdiyindən heykəltaraş burada ilk dəfə olaraq ən məşhur qotik kafedrallardan biri olan Reyms kafedralını görmüşdür. Bu tikili Rodeni sanki yerindən silkələmiş və onda ömrü boyu qotik memarlığa olan sevgini formalaşdırmışdır.

Ədəbi müstəqillik thumb|left|Ogüst Roden, Con Singer Sargent, 1884 1877-ci ildə Roza ilə birgə Parisə qayıdan Roden Senanın sol sahilində kiçik bir mənzilə köçür. O geri qayıdarkən bədbəxtliklərlə üzləşir: anası ölmüş, atasının gözləri tutulmuşdur. Roden artıq 11 yaşı olan oğlunu 6 ildir ki görmürdü.Hale, 65. Bundan savayı, Bürünc dövr heykəli üzərində ittihamlar hələ də davam edirdi.

Roden ictimai komissiyalarda çalışan bir çox tanınmış heykəltaraşlarla əməkdaşlıq edərək ilk növbədə Jan-Batist Karponun tərzində memorial və neobarokko üslubunda əsərlər yaratmışdır.Janson, 638. Roden komissiya tərəfindən keçirilən yarışmaya Lazar Karno, Deni Didro, Jan-Jak Russonun heykəllərini təqdim etsə də o uğursuzluqla nəticələnmişdir.

alt=Head and shoulders of a young, dark haired woman looking downward.|thumb|right|180px|Kamilla Klodel (1864–1943) thumb|left|250px|Roden studiyasında 1875-ci ildən Sevr manufakturasının direktoru olmuş Karrye-Bellez Rodeni yanında işləmək təklifini etmişdir. Bu təklif aralarındakı barışıq anlamına gəlirdi. Ədəbi cəmiyyət onun işlərini çox bəyənirdi. Onun dostlarından biri yazıçı Leon Kladel Rodeni Paris Salonuna dəvət etmişdir. İlk əvvəl utancaqlığı ilə seçilən Rodenin zaman keçdikcə ictimai tədbirlərdə çıxış etməyə başlaması şöhrətinin artmasına səbəb olmuşdur.Hale, 71. Fransa dövlət xadimi Leon Qambetta Rodenlə görüşmək arzusunda idi. Belə ki vaxtilə onlar arasında Salonda baş tutmuş görüş dövlət xadimində xoş təəssüratlar yaratmışdır. Qambetta Roden barədə fikirlərini bir neçə nazirə bölüşmüşdür. Onlardan biri Təsviri incəsənət nazirinin müavini Edmund Turke olmuş, o öz növbəsində sonradan Rodenlə görüşmüşdür.

Turke ilə münasibətləri Rodenə gələcək işlərində yardımçı olmuşdur. Turkenin sayəsində o komissiya tərəfindən 1880-ci ildə Parisdə tikiləcək Dekorativ incəsənət muzeyinin yeni binasının portalının yaradılması sifarişini almışdır.

Lakin Roden sifarişçi ilə danışılmış müddətə (1885-ci ilə) qədər işi yekunlaşdıra bilməmişdir. Həmçinin muzeyin yeni binası da tikilməmişdir. Lakin Roden heykəlin üzərində çalışmağa davam etmiş, əsərə "Cəhənnəm qapıları" adını vermişdir. Həmin portaldan olan bir çox heykəllər ayrıca iş kimi çox məşhurlaşmışdır. Bunlar Düşünən adam və Öpüş heykəlləridir.

1883-cü ildə Roden heykəltaraş Alfred Buşenin dərs dediyi qızlardan ibarət tələbə qrupuna nəzarət etmək dəvətini alır. Orada o başqalarından açıq-aşkar istedadı ilə fərqlənən gənc Kamilla Klodellə tanış olmuşdur. 1885-ci ildən başlayaraq Klodel Rodenin emalatxanasında köməkçisi kimi çalışmağa başlamış, bəzi əsərlərində modellik etmişdir. Tezliklə onların bir-birinə olan ehtirası ədəbi yaradıcılıqlarına da təsirsiz ötüşməmişdir. Rodenin həmin dövrə təsadüf edən heykəllərinin əsas mövzusu eşqlə bağlı olmuşdur. Bu işlər arasında ən məşhurları "Öpüş" və "Əbədi büt" heykəlləridir.

1898-ci ildə Roden və Kamilla Klodel ayrılmışdılar. Bunun nəticəsi olaraq Kamilla Klodel də psixi pozğunluğun əlamətləri üzə çıxmağa başlamışdır. 1913-cü ildə qohumları Kamillanı psixiatrik xəstəxanaya yerləşdirmiş və 1943-cü ildə elə orada da vəfat etmişdir. Kamillanın diplomat, şair qardaşı Pol Klodel bacısının faciəsində Rodeni günahlandırmışdı.

Roden "Cəhənnəm qapıları" heykəl kompozisiya ilə məşğul ikən digər sifarişləri də qazanmışdır. O Kale şəhərinin tarixində iz qoymuş hadisəni əbədiləşdirmək imkanı əldə etmişdir. 1891-ci ildə isə fransız yazıçı Onore de Balzakın abidəsinin yaradılması da Rodenə həvalə edilmişdir.

İşləri alt=Life-sized nude stature of a male on a pedestal on display in a museum.|thumb|right|150px|Bürünc əsr (1877). thumb|left|150px|Ogüst Rodenin Edvard Stayxen tərəfindən çəkilmiş fotosu, 1911

İtaliyadan qayıtdıqdan sonra Roden təxminən 18 ay ərzində Bürünc əsr adını daşıyan heykəli üzərində çalışmışdır. İnkişaf etmiş əzələlərə sahib belçikalı əsgəri o, heykəlin modeli qismində təsvir etmişdir. Heykələ baxdıqda açıq aşkar Mikelancelonun "Ölən qul" əsərinin təsiri altında hazırlanmasını hiss etmək olar. Belə ki bu heykəldə də qəhrəmanın bədəninin vəziyyəti, əllərinin arxaya qoyulması, gözlərinin bağlı olması eynilə Mikelancelonun yaratdığı heykəldəki kimidir.