Ülkər Umudova () — şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş ilk azərbaycanlı qadın (2009), məşqçi və keçmiş şahmatçı, FİDE-nin Qadın Komissiyasının üzvü.
Həyatı Ülkər Umudova 3 noyabr 1985-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olub.
2003-cü ildə 226 saylı orta məktəbi bitirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
Məktəb illərindən şahmatla məşğul olub. Azərbaycanda və xarici ölkələrdə yerli və beynəlxalq turnirlərin qalibi olub.
2003-cü ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasının əməkdar məşqçisidir.
2009-cu ildə şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş və bununla da bu adı almış ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür. Prezident kuboku, Azərbaycan çempionatları, qadınlar arasında beynəlxalq turnirlər, Avropa çempionatları, gənclər arasında olimpiada və bir sıra digər əhəmiyyətli yarışlarda baş hakim və hakim vəzifəsində Azərbaycanı təmsil etmişdir.
Şəxsi həyatı Ülkərin atası Məmmədağa Umudov Azərbaycanın tanınmış musiqiçisi və əməkdar incəsənət xadimidir. Bacısı Nərgiz Umudova beynəlxalq dərəcəli qrosmeyster və qadınlardan ibarət Azərbaycan yığmasının sabiq üzvüdür. Digər bacısı Günay Umudova isə 1 nömrəli Şahmat Məktəbində müəllimədir.
Ülkər Umudova ailəlidir, 2 övladı var.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Ulkar Umudova. Chess-DB.com "Yarışlara gedəndə bilmirdilər hakiməm, yoxsa oyunçu"
Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Şahmat hakimləri