Hadisələr 12 mart — Polşa, Macarıstan və Çexiyanın NATO-ya daxil olmaları. 1 may — Süngər Bob Kvadrat Şalvar cizgi filminin yayıma başlaması. 17 may — Ehud Barakın İsrailin Baş Naziri seçilməsi. 19 may — Rusiya Federasiyasının Dövlət Duması tərəfindən Novqorod şəhərinin adının dəyişdirilərək Böyük Novqorod adlandırılması haqqında qanun qəbul edilməsi. 30 sentyabr — Rusiyanın Çeçenistana yenidən təcavüz etməsi. İkinci Çeçenistan müharibəsinin başlaması. 20 dekabr — Portuqaliya tərəfindən Makao adasının Çinə verilməsi. 31 dekabr — ABŞ tərəfindən Panama kanalı üzərində nəzarətin Panama hökumətinə verilməsi. NATO-nun Yuqoslaviyaya qarşı hərbi əməliyyatlara başlaması. Avstriyanın Qaltur şəhərində son 400 il ərzində müşahidə olunan qar uçqunu nəticəsində 31 nəfər həlak olmuşdur. 11 mart — Avropa Parlamenti tərəfindən "Qafqazda sülh prosesinə dəstək" adlı qətnamə qəbul edilməsi. 2 aprel — Azərbaycan, Gürcüstan və Özbəkistanın kollektiv təhlükəsizlik haqqında Müqavilədən çıxmaları 17 aprel — Bakı-Supsa (Gürcüstan, Qara dəniz) neft kəmərinin istismara verilməsi. 29 iyul — "Dövlət Gənclər siyasəti haqqında" Proqramın qəbul edilməsi. 3 avqust — Azərbaycanla Myanma (Birma) dövləti arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanması. 12 dekabr — Azərbaycan Respublikasında ilk bələdiyyə seçkilərinin keçirilməsi. 28 dekabr — Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis edilməsi. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi. Bakıda Roma — katolik icmasının yenidən bərpa edilməsi. Azərbaycanda Sahibkarlar Konfederasiyasının yaradılması.
Doğumlar Yani Atanasov
Ölümlər 1 fevral – Barış Manço – məşhur türk müğənnisi və aparıcısı. 7 mart –Stenli Kubrik – amerikalı kinorejissor, ssenarist, prodüser, kinematoqraf, redaktor və fotoqraf. 8 mart — Adolfo Bioy Kasares, Argentina yazıçısı. 19 sentyabr – Rauf Hacıyev – Azərbaycan bəstəkarı. 22 oktyabr – Telman Qarabağlı – erməni hüquqşünas, filoloq və yazıçı; SSRİ Yazıçılar İttifaqının üzvü (11 yanvar 1962); "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" (d. 23 fevral 1931). 11 oktyabr — Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası. 28 oktyabr – Rafael Alberti – XX əsrin ispan şairi və dramaturqu. 6 noyabr – Sleim Ammar, tunisli psixiatr və psixoloq və şair .