Hadisələr 1 yanvar – Avropa Birliyinin pul vahidi olan avro nağd əskinaslar şəklində Avropa Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Fevral – ABŞ-nin Solt-Leyk-Siti şəhərində XIX Qış Olimpiya Oyunları oyunları keçirildi. Azərbaycanı burada 1 azərbaycanlı, 1 amerikalı və 2 rus idmançı təmsil edilsə də, onların heç biri medal qazana bilmədilər. 28 yanvar - ABŞ prezidentinin Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən humanitar yardım göstərilməsinə şərti məhdudiyyətlər qoyan 907-ci əlavəni müvəqqəti olaraq dayandırması 30 mart - ABŞ-nin Azərbaycana silah satışı üzərinə qoyduğu qadağanın ləğv olunması. 11 aprel - Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında hərbi əməkdaşlıq barədə protokol imzalanması 22-23 may - Roma katolik kilsəsinin başçısı papa İoann II Pavelin Bakıda rəsmi səfərdə olması. 9 iyun - Sankt-Peterburqda Nizami Gəncəvinin heykəlinin açılışı 2 iyul - Azərbaycan Respublikasının ilk Ombudsmanının (İnsan Hüquqları Müvəkkilinin) seçilməsi. 7 avqust - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması. 18 sentyabr – Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməlinin qoyulması. Azərbaycan Respublikasının Abidələrin Bərpası Konserbasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunması. Azərbaycan Respublikasının "Havanın böyük məsafələrdə transsərhəd çirkləndirilməsi üzrə" Beynəlxalq Konvensiyaya qoşulması. 22 oktyabr — "Merkuri-2" bərəsinin qəzaya uğraması 18 noyabr - Azərbaycan Respublikasının Praqa Sammitində NATO Parlament Azzambleyasının assosiativ üzvlüyünə qəbul olunması. "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi.
Doğumlar
Ölümlər 10 dekabr – Məmməd Cavadov – Azərbaycan bəstəkarı. 12 dekabr - Nikolay Amosov - Ukrayna cərrahı, tibb elmləri doktoru (1953), Ukrayna Elmlər Akademiyasının akademiki (1969), SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü (1961). 21 sentyabr - Ancelo Buono - amerikalı seriyalı qatil, oğru, təcavüzkar.