W-Trio — Bakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu. 1999–2006-cı illərdə fəaliyyət göstərmişdir. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə almışdırlar. Qrup "Ay ləli yar" mahnısı ilə məşhurlaşmışdır. "W-Trio"nun eks-kollektivi (Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi) qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib. O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək "Kimdir nömrə 1" mahnısını ifa ediblər.

Qrupun üzvləri Röya Ayxan Qrupu ilk tərk etmişdir. Hazırda solo fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Xalq Artistidir.W-Trio

Elnarə Xəlilova Qrupu tərk etdikdən sonra "SS Production" ilə 5 illik müqavilə imzalayaraq, ardıcıl olaraq sinqllarını təqdim etmişdir. Elnarə Xəlilova 2006-cı ildə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurmuş və sənətdən bir müddət uzaqlaşmışdır. Hazırda solo fəaliyyətini davam etdirir.

Natavan Həbibi 2006-cı ildə qrupdan ayrılmışdır. Natavan Həbibinin qrupdan ayrılması ilə qrup dağılmışdır. Hazırda solo fəaliyyətini davam etdirir. Dağıstan Respublikasının Əməkdar Artistidir.

Səidə Sultan Röya Ayxan qrupu tərk etdikdən sonra, onun yerinə gəlmişdir. Hazırda solo fəaliyyətini davam etdirir.

Xuraman Şuşalı Elnarə Xəlilova qrupu tərk etdikdən sonra, onun yerinə gəlmişdir. Xuraman Şuşalının qrupdan ayrılması ilə qrup dağılmışdır. Hazırda solo fəaliyyətini davam etdirir.

Mahnıları Ay ləli yar Kimdir nömrə 1 (duet Cin (Ceyhun Zeynalov)) Gəl məni aldatma yar Eşq Eşq (duet Aygün Kazımova) Bu gecə (duet Şeron qrupu) Bu nə gündür ay aman

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Musiqi qrupları Kateqoriya:Azərbaycan pop-musiqi qrupları