Heyranidil Qadınəfəndi () — 32. Osmanlı sultanı Əbdüləzizin dördüncü xanımı.

Həyatı Heyranidil xanım 1846-cı ildə Qarsda dünyaya gəlmişdir. Ailəsinin mənsubiyyəti və saraya necə alınması barədə heç bir məlumat yoxdur. 21 sentyabr 1865-ci ildə Dolmabağça sarayında Sultan Əbdüləzizlə evlənmiş, bu nigahdan Nazimə Sultan adlı bir qızı və gələcəkdə son Osmanlı xəlifəsi olan Əbdülməcid Əfəndi adlı bir oğlu oldu.

Ərinin devrilməsi və ardından müəmmalı ölümündən sonra övladlarıyla birlikdə Fəriyyə sarayında gözaltına alındı. V Muradın qısa səltənətinin ardından azadlığa çıxdı və qızıyla birlikdə yaşamağa başladı. 26 noyabr 1898-ci ildə Ortaköydə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinə dəfn edildi.

Övladları Nazimə Sultan Əbdülməcid Əfəndi

Mənbə http://freepages.genealogy.rootsweb.ancestry.com/~royalty/turkey/i343.html

Kateqoriya:Osmanlı sultanlarının xanımları