Hacı Hacıbaba Hacı Məmmədhaşım oğlu Haşımov () — Azərbaycan milyonçusu.

1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Hacıbaba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.

Memar Rüfət Acalov bu şəxsin də tarixin yaddaşında qaldığını söyləyir: «Bakı qubernatorunun xüsusi əmri oldu. Milyonçu Hacıbaba Haşımova tapşırdılar ki, 800 qızıl pula bu darvazanı götürüb qoysun o birinin yanına. Sökülən divarın daşlarını da birinci divarın bərpasında istifadə etdilər. Şəhərin iki darvazası vardı: Qoşa Qala və Salyan qapıları. Bayır şəhər genişlənməyə başlayanda, çar hökuməti başqa darvazalar açdırdı – «Bazarnı»ya (indiki Azərbaycan prospektinə) çıxan və ardından «İçərişəhər» metrosunun arxasındakı darvazaları deyirəm»

1806-cı il oktyabrın yeddisində Şəhər idarəsi icazə verir ki, şəhərin Şamaxı darvazası yanında ikinci darvaza açılsın. Bu iş torq yolu ilə Hacıbaba Haşımova tapşırılır. Birinci dərəcəli tacir olan Hacıbaba Haşımovun həmin meydançada iki mərtəbəli gözəl bir binası da vardı. thumb|Haşımovun (Aşumovun) mədaxil evi Gənclər meydanında Qoşa qala qapısına yaxın olan bina milyonçu Hacıbaba Haşımovun evi olub. Klassik üslubda tikilən bina fasaddan dörd mərtəbəlidir. Tamaşa salonu üçüncü mərtəbədədir. Sovetlər dönəmində "Siyasi Maarif Evi” adlanırdı.

İstinadlar

Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Azərbaycan mesenatları Kateqoriya:Azərbaycanlı mesenatlar Kateqoriya:Azərbaycan xeyriyyəçiləri Kateqoriya:Azərbaycanlı xeyriyyəçilər Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər