Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955).
Həyatı və təhsili 1903-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.
Aktyor fəaliyyəti Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955 "Naxçıvan MSSR əməkdar artisti" fəxri adı — 1944 "Qırmızı əmək bayrağı" ordeni
İstinadlar
Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR əməkdar artistləri