Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası

Tarixi

Tarixi abidələri Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1869Qaraqala yaşayış yeriE.ə. II–I minilliklərQaraqala kəndiArxeolojiÖlkə1870Qaraqala nekropoluX-XIX əsrlərQaraqala kəndiArxeolojiÖlkə

Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994952552402009↗602↗300↗302

İqtisadiyyatı Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur.

Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri olaraq məscid qeydə alınmışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax Qaraqala yaşayış yeri Qaraqala nekropolu

Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Məmmədrza Dizə kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri