Camal Biediç Universiteti () — Bosniya və Herseqovinanın Mostar şəhəri ərazisində yerləşən universitet. Universitet 1993-cü ildə təsis edilmişdir. Uniuversitet siyası xadim Camal Biediç adını daşıyır. Universitetin tərkibinə 8 fakültə daxilir. Ali təhsil ocağının dekanı 2012-ci ildən professor Sead Paşindir. Universitetdə təhsil boşnak dilində aparılır. Tarixi 11 fevral 1977-ci ildə Motsarda Mostar Universiteti təşkil olunmuşdur. Bu universitet ilk əvvəllər Camal Biediç adını daşıyırdı. O, bir dövlət xadimi olaraq 1977-ci ildə avia qəzada həlak olmuşdur.

1992-ci ildə başlanan Bosniya müharibəsi zamanı Camal Biediç Universitetinin adı Mostar Universiteti olaraq dəyişdirilir. Bundan sonra universitetin rəsmi dili xorvat dili olur. 1993-cü ildə Universiteti tərk etmiş müsəlman professorlar Mostarda ikinci ali təhsil müəsisəsini təşkil etdirlər. Ali təhsil ocağı Camal Biediç Universiteti adlanır. O keçmiş Yuqoslaviya hərbi kazarmalarından birində yerləşirGwyneth Owen-Jackson. Political and Social Influences on the Education of Children . 2015.

Universitetin təşkil olunduğu ilk illərdə olduqca böyük cətinliklər yaşamışdır. Kitabxanalarda kitab çatışmazlığı, pedaqoq və personal azlığı his edilirdi. Bu problemlərin bəzisi iyanələr hesabına ödənmişdirUNMO 2 , unmo.ba; accessed 16 October 2016..

2016-cı il məlumatına görə universitetdə 250 pedaqoq fəaliyyət göstərir və 3 mindən çox tələbə təhsil alır. Universitet 8 fakültədən ibarətdir: aqrar, humanitar, informatika, tibb, tikinti, maşınqayırma, pedaqoji, hüquqUNMO 4 , unmo.ba; accessed 16 October 2016.. Bakalavr və magistr üçün hazırlanan proqram Boloniya qaydaları ilə uyğunlaşdırılır. Universitetin kitabxanasında 24 000 kitab vardır. Universitet müxtəlif bosniyalı, xarici elmi və təhsil müəssisələri ilə əməkdaşlıq edir.

Təhsil müəssisəninin auditoriyası, laboratoriyası və kabinetləri 4500 m² ərazini əhatə edir. Belə bir kiçik məkan universitetin inkişafı üçün ciddi bir məhdudlaşdırıcı faktordurUNMO 5 , unmo.ba; accessed 16 October 2016..

İstinadlar

Mənbə Rəsmi sayt

Kateqoriya:Bosniya və Herseqovina universitetləri