thumb|Əbdürrəhim bəy Haqverdiyev Müsəlman Aktyorlar Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiş peşəkar aktyor truppası.
Yaradılması Nicat və Şəfa maarifçilik cəmiyyətlərinin köməyi ilə yaradılmışdı. Truppanın fəaliyyətində Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov və b. yaxından iştirak etmişlər. Fəaliyyəti Cəmiyyət aktyorların peşəkarlığının yüksəldilməsinə, ustalığının təkmilləşdirilməsinə, onların yaradıcılıq inkişafına daim qayğı göstərirdi. Cəmiyyətin aktyor truppası Ə.Haqverdiyevin, N.Vəzirovun, Ü.Hacıbəylinin, Namiq Kamalın sərlərindən ibarət tamaşalar hazırlayır, xeyriyyə tamaşalarında iştirak edir, Bakı və onun ətraf rayonlarında çıxış edirdilər. Milli teatr sənətinin inkişafında cəmiyyətin aktyor truppasının mühüm rolu olmuşdur. Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Dram Cəmiyyəti
Mənbə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2004. İstinadlar
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətində qeyri-hökumət təşkilatları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətində teatr