Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə de-fakto tanınması münasibətilə həyata keçirilmiş humanizm aktı. Qanunun qəbul edilməsi Bu barədə qanun 1920-ci ilin fevral 9-da Azərbaycan parlamenti tərəfindən qəbul edilmişdir. Qanuna əsasən, 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin Antanta ölkələri tərəfindən de-fakto tanınması münasibətilə, cinayət törətmiş şəxslər və vergiödəyənlər barəsində müəyyən əsaslarla güzəştlər elan edilmişdi. Üç hissədən (ümumi, hərbi və vergilər) ibarət olan qanun Azərbaycanda yaşayan əcnəbilərə də şamil olunurdu.

Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin tanınması Mənbə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Balı, 2004. İstinadlar

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin qərar və qanunları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin qərar və qanunları