Əkbər Ağayev () — sovet hərbçisi, leytenant, Buhenvald həbs düşərgəsində yaradılan antifaşist təşkilatın rəhbərlərindən biri.

Həyatı Əkbər Səttar oğlu Ağayev 1919-cu ildə Ordubad şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. 1939-cu ildə Sovet ordusuna çağırılmışdır. Belorusiya cəbhəsində ağır yaralanmış və əsir alınmışdır (1941). 1942-ci ilin yazında Ağayev ölüm düşərgəsinə salınmışdır. İvan Sport adı ilə tanınan Ağayev Buhenvaldda da faşistlərə qarşı mübarizəsini davam etdirmişdir; 18 avqust 1944-cü ildə güllələnmişdir.

Xatirəsi Ordubad rayonunda Əkbər Ağayevin adına küçə və tam orta məktəb vardır.

İstinadlar

Xarici keçidlər Əkbər Ağayev buchenwald.de saytında

Kateqoriya:1919-cu ildə doğulanlar Kateqoriya:18 avqustda vəfat edənlər Kateqoriya:1944-cü ildə vəfat edənlər Kateqoriya:Ordubadda doğulanlar