Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlaması münasibətilə həyata keçirilmiş humanizm aktı.Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafik hesabatlar), c.l , B., 1998.

Qəbul edilməsi Bu barədə qanun 1918 il dekabrın 7-də Parlamentin birinci iclasında qəbul olunmuşdu.

Həyata keçirilməsi Amnistiya keçirmək məqsədilə Aslan bəy Qardaşov, Həmdulla Əfəndizadə, Ağa Zeynal Tağıyev, Aslan bəy Səfikürdski, S. Ağamalıoğlundan ibarət xüsusi heyət — "Əfvi-ümumi" komissiyası yaradılmışdı. Komissiya dekabrın 11, 13, 17 və 25-də keçirdiyi iclaslarda "Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı münasibətilə siyasi amnistiya haqqında" qanun layihəsini hazırlayaraq Parlamentin 1919 il yanvarın 8-də keçirilən 7-ci iclasının müzakirəsinə vermişdi. Qanuna görə 1918 il dekabrın 7-nə qədər həbs edilmiş və ölkədə qüvvədə olan keçmiş Rusiya qanunlarının həm cinayət, həm də mülki məcəllələrinin bir sıra maddələri ilə təqsirli bilinən şəxslər bağışlanırdı. Bu qanuna əsasən həmin il dekabrın 7-nə qədər törədilmiş və icraatda olan məhkəmə işlərinə də xitam verilirdi.

Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti

Mənbə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyətinin açılışı münasibətilə qanunsiyasi amnitsiya haqqında qanun maddəsi.

İstinadlar

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin qərar və qanunları Kateqoriya:Parlament