() — cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır.
Ümumi məlumat Meşə pişiyindən üzərində zolaqlar deyil, xalların olması ilə fərqlənir. Həmçinin quyruğu hiss olunacaq dərəcədə uzundur. Ona görə adına həm də xallı, bəzən isə uzunquyruq pişik deyilir. İri fərdlərin bədən uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23–35 smdir. Kütləsi 3,4–5,3 kq-a çatır. Bədənin xəzi bel tərəfdə boz-sarı, qarın tərəfdə isə çirkli-ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir.
Yaşayış yeri və həyat tərzi Qarışıq ovalıq və dağ meşələrində (2000 m hündürlükdə) məskan salmağa üstunlük verir, daha az hallarda kollarda və evin çardağında yaşayır. Yuvasını oyuqlarda, qayaların dərələrində qurur. Qaranlıqda ova çıxır. Əsasən gəmiricilərlə, hərdən quşlarla qidalanır. Erkəklərin dəhşətli davalarıyla və qışqırığlarıyla müşahidə olunan cütləşmə fevral-mart aylarında başlayır. Hamiləlik dövrü 63–68 gün çəkir.Azərbaycanın heyvanlar aləmi. III Onurğalılar, 2004, s. 551–552; Bala pişiklər (3–8) kor doğulurlar, gözləri 9–11 gündən sonra açılır.
Yayılması Avrasiyada, Afrikada və Qafqazda yayılıb. Azərbaycanda Muğan və Salyan düzənliklərində, Ceyrançöl və Acınohur çöllərində və Naxçıvan MR-də rast gəlinir.
Sayı Nadir növdür. Hazırda sayı məlum deyil. Son 10 ildə Naxçıvan MR ərazisində 4–5 fərd fototələlərə düşmüşdür.
Məhdudlaşdırıcı amillər Bu növün sayının dəyişməsinin əsas səbəbi onların yaşadığı yerlərdə kənd təsərrüfatı fəaliyyətinin güclənməsidir.
Qorunması üçün qəbul edilmiş tədbirlər Qorunması davam etdirilməlidir.
Yarımnövlər F. l. lybica Forster, 1780 F. l. cafra (Desmarest, 1822) F. l. ornata (Gray, 1830)
Ədəbiyyat Azərbaycanın Qırmızı Kitabı, III Cild, Bakı, 2023 Azərbaycanın heyvanlar aləmi. III Onurğalılar, 2004, s. 551–552; Верещагин Н. К. Каталог зверей Азербайджана. Баку: Азфан, 1942, с. 37–38.
Həmçinin bax Meşə pişiyi (Felis silvestris)
İstinadlar
Kateqoriya:Pişiklər Kateqoriya:1777-ci ildə təsvir edilən məməlilər Kateqoriya:1780-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika məməliləri Kateqoriya:Qərbi Asiya məməliləri Kateqoriya:Şimali Afrika məməliləri