Ziyafət Mustafa qızı Əliyeva () — Azərbaycan tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1982).

Həyatı və fəaliyyəti Ziyafət Mustafa qızı Əliyeva 15 avqust 1945-ci ildə Oğuz rayonunun Qarabaldır kəndində anadan olmuşdur. 7 uşaqlı ailənin övladı olmuşdur. Orta məktəbi qurtardıqdan sonra öncə sağlamlıq imkanları məhdud olması səbəbilə ali təhsil ala bilməmiş, daha sonra 1988-ci ildə isə Gəncə Kənd Təsərrüfatı Univetsitetini itirmişdir.

1960-cı ildən əmək fəaliyyətinə kolxozçu kimi başlamışdır. 1983-cü ildə "Qələbə" tütünçülük savxozuna briqadir, 1989-cu ildə həmin savxozun direktoru vəzifəsinə təyin edilmişdir.

1993-cü ildən Qarabaldır kalxozu idarə heyətinin sədri işləmişdir. Ailəli idi. 1 övladı 3 nəvəsi var. O, prezident təqaüdçüsü idi. İctimai fəaliyyətini Qarabaldır kənd icmasının rəhbəri kimi davam etdirmişdir.

O, uzun sürən xəstəlikdən sonra 2025-ci ilin 8 yanvarında, 79 yaşında Oğuzda vəfat edib.

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 10 mart 1982 2 dəfə "Lenin" ordeni — 27 dekabr 1976, 10 mart 1982 "Qırmızı əmək bayrağı" ordeni — 12 dekabr 1973

İstinadlar

Kateqoriya:Tütünçülər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri