Rezin ördək – holland sənətçi Florentin Hofman tərəfindən hazırlanmış nəhəng üzən heykəllər seriyası. Honkonq, Bakı, Pittsburq, Toronto, Sidney və s. kimi şəhərlərdə peyda olmuşdur. Hər bir Rezin ördək heykəli hər şəhər üçün yenidən yaradılmış və müvəqqəti nümayiş etdirilmişdir.

Sənətçi Rezin ördək heykəllləri holland sənətçi Florentin Hofman tərəfindən yaradılmışdır. 2013-cü ildə verdiyi müsahibədə Hofman bildirmişdi ki, bu ideya 2000 və ya 2001-ci ildə Niderlandda yogurt reklamları ilə dolu muzeyi ziyarət edəndə ağlına gəlib. O, bu reklamlar üçün rezin ördəyi münasib saymış və Tolo Toys adlı Honkonq şirkəti ilə dizayn barədə razılığa gəlmişdir. Yogho!Yogho! yogurt şirkəti işi maliyyələşdirmişdir.

Heykəl Dizayn Rezin ördəklərin ölçüləri fərqlidir. Ən böyüyü Fransanın Sen-Nazer şəhərində yerləşir və ölçüləri 26×20×32 metrdir. Pekindəki rezin ördəyin ölçüləri 4x15x18 metr, Seokçon gölündəki rezin ördəyin ölçüləri isə 16.5x19.8x16.5 metr, kütləsi isə 1000 kiloqramdır. Rezin ördək 200 polivinil xlorid parçası ilə tikilmişdir. Bütün PVX parçaları tikiş maşını vasitəsilə əllə birləşdirilib.

Rezin ördəyin dözümlülüyünü artırmaq üçün bir qatın üzərinə başqa parça əlavə edilmişdir. Gövdənin arxa hissəsində giriş hissə var və sənətçilər ördəyin gövdəsini yoxlaya bilərlər. Bundan əlavə, istər pis, istər yaxşı havadan yenidən şişirdilməsi üçün gövdəsində elektrik ventilyatoru yerləşir. Rezin ördəyin suda sərbəst üzməsinin qarşısını almaq üçün 16 kəndirlə sahilə bərkidilib. Rezin ördəyin ən yuxarısında sukeçirməz kabel var, sahildə yerləşən elektrik paylayıcısından gələn elektrik bu kabel vasitəsilə ötürülür və ventilyatorun işləməsini təmin edir.Avenuel Art Hall, Lotte Gallery. Rubber Duck Project Seoul. Seoul, 2014. Print. Ventilyator həmçinin rezin ördəyin içərisindəki hava sirkulyasiyası tənzim edərək rezin ördəyin formasının saxlanmasını təmin edir.

Nümayiş 2007-ci ildən bəri ördəklər Amsterdam, Bakı, Lommel, Osaka, Sidney, San-Paulu, Honkonq kimi şəhərlərdə nümayiş etdirilmişdir. 17 sentyabr-20 oktyabr 2013-cü ildə ilk dəfə ABŞ-da (Pittsburq) nümayiş etdirilmişdir. Pittburqdakı ördəyi 1 milyondan çox insan ziyarət etmişdir. 17-26 may 2014-cü ildə Virciniya ştatının Norfolk şəhərində, daha sonra Haaqa şəhərində Krisler İncəsənət Muzeyinin qarşısında üzmüşdür.

2014-cü ilin oktyabrında Cənubi Koreyanın Lotte konqlomeratı 2014-cü ilin oktyabrında ölkənin ən böyük ticarət mərkəzi olan Lotte World Mall-un (Lotte World Tower də burada yerləşir) açılışı üçün nəhəng rezin ördək istəmişdilər. Qüllə Han və Seokçon çayları arasında yerləşir və nəhəng rezin ördək burada quraşdırılmışdır. Lakin sərgi zamanı sökülmüşdür.

Rezin ördək 2009-cu ildə Belçikada nümayiş etdirilərkən 42 dəfə vandallar tərəfindən deşilmişdir. 2013-cü ildə Honkonqda nümayiş etdirilərkən 15 mayda sökülmüşdür. Lakin 20 mayda yenidən nümayiş olunmağa başlamışdır. 2 noyabr 2013-cü ildə Tayvanda baş vermiş zəlzələ nəticəsində heykəl xəsarət almışdır. Çində baş vermiş daşqınlar zamanı isə onu axın aparmışdır. 30 sentyabr 2017-ci ildə Santyaqoda nümayiş etdirilərkən deşilmiş və sökülmüşdür.

Senzura 4 iyun 2013-cü ildə Çinin ən populyar mikrobloqu olan Sina Weibo "Bugün", "Bu gecə", "4 iyun", "Böyük sarı ördək" sözlərini blok etmişdir. Çünki çinli aktivistlər məşhur "Naməlum üsyançı" şəklini fotoşop edərək tankların əvəzinə böyük sarı ördəkləri qoyurdular. Əgər "Böyük sarı ördək" sözü axtarılsa, nəticələr göstərilməyəcəkdir.

Yerlərin siyahısı Rezin ördək aşağıdakı məkanlarda görünmüşdür: Sen-Nazer, Fransa, 2007 () San-Paulu, Braziliya, 2008 () Osaka, Yaponiya, dekabr 2010 () Oklend, Yeni Zelandiya, fevral 2011 () Onomiçi, Yaponiya, 2012 () Hasselt, Belçika, iyul 2012 () Sidney, Yeni Cənubi Uels, Avstraliya, yanvar 2013 () Çimsaçöy, Koulun, Honkonq, may 2013 () Pittsburq, Pennsilvaniya, ABŞ, sentyabr 2013 () Pekin, Çin, sentyabr 2013 () Bakı, Azərbaycan, sentyabr 2013 () Qaosyun, Tayvan, sentyabr 2013 () Taoyan, Tayvan, 26 oktyabr 2013 () Kiilunq, Tayvan, 20 dekabr 2013 () Parramatta, Avstraliya, 10–19 yanvar 2014 () Hoşimin, Vyetnam, 27 aprel – 31 may 2014 () Norfolk, Virciniya, ABŞ, 17–26 may 2014 () Hanzou, Çin, 30 may – 15 iyul 2014 () Los-Anceles, Kaliforniya, ABŞ, avqust 2014 () Vankuver, Britaniya Kolumbiyası, Kanada, avqust 2014 () Seul, Cənubi Koreya, 14 oktyabr 2014 – 14 noyabr 2014 () Şanxay, Çin, 23 oktyabr 2014 – 23 noyabr 2014 Makao, 29 aprel 2016 – 27 may 2016 Harbin, Çin, iyul–avqust 2016 Buffalo, Nyu-York, ABŞ, 26–28 avqust 2016 Ontario, Kanada, iyul – avqust 2017]]Everything you wanted to know about Toronto's giant rubber duck - Metro News. 29 June 2017. Retrieved 4 July 2017. Santyaqo və Valparayso, Çili, 28 sentyabr 2017 – 8 oktyabr 2017 Meykarta, Lippo Cikaranq, Cikaranq, İndoneziya, 5 noyabr 2017 – hazırda

Qalereya

İstinadlar

Xarici keçidlər

Rezin ördək Osaka 2009 Rezin ördək Honkonq 2013

Kateqoriya:2007-ci ilin heykəlləri Kateqoriya:Heyvan heykəlləri Kateqoriya:İncəsənətdə quşlar