Adnan Aqanoviç (; ) — yarımmüdafiəçi mövqeyində çıxış edən Xorvatiya futbolçusu. Rumıniyanın "Sepsi" klubunda çıxış edir.
Karyera 3 oktyabr 1987-ci il tarixində Xorvatiyanın Dubrovnik şəhərində anadan olan Aqanoviç, peşəkar futbol karyerasına "Dubrovnik 1919" FK, "QOİK Dubrovnik 1919" FK və "Troqir" FK kimi kiçik Xorvatiya klublarında başlamışdır. O, futbol üzrə Xorvatiya çempionatında "Mecimure" FK və "Varteks Varazdin" FK-da oynamışdır. UEFA Avropa Liqası 2011/2012 mövsümünün təsnifat mərhələsində "Varteks Varazdin", "Dinamo Buxarest" FK ilə oyun keçirmişdir. Bu oyunda Aqanoviç bir qol vurmuşdur. Aqanoviç daha sonra Sloveniyanın "Koper" FK-nun heyətinə qoşulmuşdur. O burada, Balkan yarımadasının ən yaxşı yarımmüdafiəçilərindən biri halına gəlmişdir. Növbəti mövsüm o, Xorvatiyaya geri qayıtmış və "İstra 1961" FK-nun heyətinə qoşulmuşdur. 2013-cü ildə o, Rumıniyanin "Braşov" FK-nun heyətinə qoşulmuşdur. İki sonra o, Rumıniyanın ən maşhur futbol klublarından biri olan "Vitorul Konstanta" FK-nun heyətinə qoşulmuşdir.Adnan Aganović ostaje u Rumunjskoj , dubrovacki.hr, İstifadə tarixi: 27 iyun 2015. O, 2016-cı ildə Kiprin "AEL Limasol" FK-nun heyətinə qoşulmuşdur.Aganović potpisao za ciparski Limassol , dalmacijanews.hr, İstifadə tarixi: 18 yanvar 2016. Həmin ilin yay fəslində o, Rumıniyanın "Styaua Buxarest" FK-nun heyətinə qoşulmuşdur. O, 2017-ci ildə Yunanıstanın "Larisa" FK-nun heyətinə qoşulmuşdur.
Uğurları
Klub "QOŞK Dubrovnik" Xorvatiya Üçüncü Divizionu – Cənub: 2005-06
"Troqir" Xorvatiya Üçüncü Divizionu – Cənub: 2006-07 "Styaua Buxarest" Rumıniya çempionatı: 2015/2016 "AEL Limasol"
Kipr kuboku: 2018–19
İstinadlar
Xarici keçidlər Hrsport.net
Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Aqanoviç Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Xorvatiyanın kişi futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Altay SK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular