thumb|200px|right Adi triton (lat. Lissotriton vulgaris), (Salamandridae) — fəsiləsinin (Caudata) dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir, sayı azalmaqda olan növdür. Qısa təsviri Bədənin uzunluğu 110 mm-ə (adətən 80 mm-ə yaxın) çatır. Dərisi hamar və ya xırda ziyillidir. Bədənin bel hissəsinin rəngi zeytuni-qonur, qarınaltı hissə isə sarımtıl olub, xırda tutqun xallara malikdir. Başında olan tünd uzununa zolaqlardan biri gözlərindən keçir və yaxşı nəzərə çarpır. Çoxalma dövründə erkəklərin rəngi daha parlaq olur və peysərdən quyruğunun ucuna qədər daraq əmələ gəlir. Adətən bu hissədə narıncı haşiyəsi və parlaq rəngli göy zolağı olur. Bu üzgəcvari qırış quyruğun əsasında kəsilmir.Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013 Yayılması Azərbaycanda Triturus vulgaris lantzi (Wolt.,1914) yarımnövü yaşayır. Respublikanın cənub-şərqində – Lənkəran rayonunda yayılmışdır. Yaşayış yeri və Həyat tərzi Enliyarpaqlı (Hirkan) meşələrində su hövzələrinin ətrafında yaşayır. Yer dəyişməyən oturaq növdür. İri açıq sahələrdən çəkinir. Yazda yaxınlıqda olan xırda şirin su hövzələrinə gedir. Vaxtının əsas hissəsini quruda keçirir, gündüz yıxılmış ağacların qabığı altında, çürük kötüklərdə, daşların altında, meşə döşənəyində və kiçik heyvanların yuvalarında gizlənir. Su hövzələrində bütün gün ərzində fəal olur. Martın sonu - apreldə hava 8 – 10 °C, suda 4 – 7 °C temperatur olanda su hövzələrinə tərəf gedir.Велиева З.Д. Экология хвостатых земноводных (Amphibia) юго-востока Азербайджана. – Уч. Зап. АГУ им. С.М.Кирова, сер. биол. наук, 1974, №2, с. 67 - 68; Burada tritonlar nikah bəzəyinə düşürlər və 5 - 9 gündən sonra çoxalmağa başlayırlar. Mayalanmadan əvvəl nikah oyunları baş verir və dişi fərdlər sualtı əşyalara və ya suyun dibinə 60 - 700 yumurta qoyur. 14 - 20 gündən sonra sürfələr çıxırlar. Metamorfoz iyundan sentyabra qədər uzanır. Kiçik qruplar halında quruda, xırda heyvan yuvalarında, yarpaq topalarında, zirzəmilərdə və anbarlarda qışlayır. Qışlamaya adətən oktyabrın sonunda gedir. Suda ikiqanadlılarla və onların sürfələrilə, xırda xərçəngkimilərlə, molyusklarla və suda yaşayan xırda onurğasızlarla qidalanır. Quruda soxulcanları, hörümçəkləri, çoxayaqlıları, xırda böcəkləri, kəpənək tırtıllarını və s. yeyir. Düşmənləri bəzi balıqlar, su ilanları, tısbağalar və quşlardır (leylək, vağ və s.). Təbiətdə ömrünün uzunluğu orta hesabla 28 ilə qədərdir. 3 yaşında cinsi yetkinliyə çatır. Sayı 1974-cü ilə qədər tək-tək fərdləri tapılırdı. 1974-cü ildə Lənkəranda İstisu ətrafında yerləşən kiçik su mənbələrində həmin yarımnövdən 30-a qədər aşkar edilmişdir. Sayının dəyişilmə səbəbləri Kiçik su mənbələrinin və bataqlıqların qurudulması, eləcə də çəltik əkilən sahələrin azaldılmasıdır. Qorunması üçün zəruri tədbirlər Çoxalma dövründə Lənkəran rayonundakı triton olan xırda su mənbələrini qorumaq.
Sinonimi
Yarımnövləri Lissotriton vulgaris ampelensis Lissotriton vulgaris graecus Lissotriton vulgaris kosswigi Lissotriton vulgaris lantzi Lissotriton vulgaris meridionalis Lissotriton vulgaris schmidtlerorum Lissotriton vulgaris vulgaris
Ədəbiyyat Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013 Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: Elm, 2004, s. 169 - 170; Велиева З.Д. Экология хвостатых земноводных (Amphibia) юго-востока Азербайджана. – Уч. Зап. АГУ им. С.М.Кирова, сер. биол. наук, 1974, №2, с. 67 - 68; Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Баку: Элм, 1978, с. 15 - 16; Ананьева Н.Б., Боркин Л.Я., Даревский И.С., Орлов Н.Л.. Земноводные и пресмыкающиеся. Энциклопедия природы России. М.: ABF, 1998, с. 45 – 48. 7.sevin.ru
Kateqoriya:1758-ci ildə təsvir edilən suda-quruda yaşayanlar Kateqoriya:Qırmızı kitaba düşmüş heyvanlar Kateqoriya:Xordalılar Kateqoriya:Əsl salamandrlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya suda-quruda yaşayanları Kateqoriya:Avropa suda-quruda yaşayanları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları