16-cı FİNA Dünya Çempionatı (, ) və ya Aquatiks 2015- 2015-ci il 24 iyul - 9 avqust tarixlərində Rusiyanın Kazan şəhərində keçirilən yarış. Yarış iştirak edən ölkələrin sayına (190), iştirak edən edən idmançıların sayına (2400), və verilən medal sayına (75) görə bu çempionatın rekorduna imza atmışdır. Şəhər seçimi 2011-ci il iyulun 15-də Şanxayda FİNA-nın Ümumi qurultayı baş tutdu. Bu zaman Kazan şəhəri Quadalaxara (Meksika), Honkonq (Çin) və Monrealı (Kanada) qabaqlayaraq 2015-ci ildə yarışın keçiriləcəyi şəhər seçildi. Son iki şəhər isə öz namizədliklərini geri götürdü.
İstinadlar
Kateqoriya:Su idman növləri üzrə dünya çempionatları Kateqoriya:2015-ci ildə idman Kateqoriya:2015-ci ildə su idmanı Kateqoriya:Su idman növləri üzrə Dünya Çempionatı (2015)