Xəlil İsmayılov (tam adı: Xəlil İsmayıl oğlu İsmayılov; ) — Bakı Dövlət Universitetinin "Kitabxana resursları və informasiya axtarış sistemləri" kafedrasının müəllimi, tarix üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi.science.gov.az/news/open/4649 Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Həyatı Xəlil İsmayıl oğlu İsmayılov 1945-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. 1952–1959-cu illərdə Düzrəsullu kəndində 7-illik məktəbində 7-ci sinfi, 1959–1963-cü illərdə Çayrəsullu kənd orta məktəbində 11-ci sinfi bitirib.

1964–1966-cı illərdə hərbi xidmətdə olmuşdur. 1967-ci ildə Bakı şəhərinə gələrək Yeni Bakı Neft Emalı Zavodunda fəhlə kimi işə başlamış, eyni zamanda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə BDU-nun Kitabxanaçılıq fakültəsini bitirərək, OADKYC-nin mərkəzi komitəsində təlimatçı, baş təlimatçı, təşkilat şöbə müdiri əvəzi vəzifələrində çalışmışdır.

1974-cü ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasına dəvət edilmiş, laborant kimi işə başlamışdır. 1976–1979-cu illərdə kafedranın əyani aspiranturasında təhsil almış və 1979-cu ildən Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında müəllim, baş müəllim, dossenti vəzifəsində çalışmışdır.

1984-cü ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində ixtisaslaşdırılmış müdafiə şurasında "namizədlik dissertasiyası müdafiə etmiş, "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsi almışdır.

1990–1993-cü illərdə Bakı Dövlət Universitetində Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində işləmişdir. 1993-cü ildən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin dekanı seçilmiş və 2012-ci ilədək bu vəzifədə çalışmışdır.Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi

1997-ci ildən "Kitabxanaşünaslıq və Biblioqrafiya" elmi-nəzəri, təcrübi jurnalının təsisçisi və baş redaktorudur. 1999-cu ildə Azərbaycanda təşkil olunmuş AKİİA-nın (Azərbaycan Kitabxana İşinin İnkişafı Asosiasiyası) təsisçilərindən biri və prezidentidir.

2004-cü ildə doktorluq dissertasiyası müdafiə edərək tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.

2007-2019-cu illərdə BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasına rəhbərlik etmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.Xəlil İsmayılov ABŞ, Fransa, Belçika, Norveç və sairə ölkələrdə təhsil, elm-maarif və kitabxana-informasiya problemləri elmi seminar və konfranslarda məruzələr söyləmiş, müzakirələrdə iştirak etmişdir. İndiyədək alimin 150-dən çox elmi əsəri (elmi məqalə, monoqrafiya, dərs vəsaitləri və s.) çap edilmişdir.

Dərslik, dərs vəsaitləri, monoqrafiya və tədris proqramları Kitabxana işinin təşkili, iqtisadiyyatı və idarə edilməsi fənni üzrə proqram / Tərc. ed. X. İ. İsmayılov. B.: BDU, 1988.-16s. Kitabxana işinin təşkili iqtisadiyyatı və idarə edilməsi: Proqram.-B.: Bakı Universiteti Nəşriyyatı, 1994.-21s. Kitabxanaçılıq fakültəsi (BDU-nun 75 illiyinə həsr olunub). – B., 1994. – 15s. Kitaxana işinin idarə edilməsinin metodiki və təşkilati məsələləri: Dərs vəsaiti.-B, 1995.-96s. Azərbaycan Respublikasında kitabxana işinin metodik təminat sisteminin inkişaf tarixi (1918–2000-ci illər): Monoqrafiya. – B.: Bakı Universiteti Nəşriyyatı, 2000.- 416s. Kitabxanaların elmi-metodik təminatı: Kitabxanaçılıq-informasiya fakültəsi üçün: Proqram.- B.: BDU, 2000. –9s. İstehsalat təcrübəsi proqramı.-B., 2000. –19s. Metodik göstərişlər: Kitabxanaların elmi-metodik təminatı / Metodik göstəriş.- B.: BDU, 2002.- S. 76–90. Kitabxana işinin təşkili və idarə edilməsi: Kitabxanaçılıq-informasiya fakültəsinin qiyabi təhsil alan III–IV kurs tələbələri üçün: metodik göstərişlər.-B.: BDU, 2003.-311s. Azərbaycan respublikasında kitabxana işinin metodik təminat sistemi:1918–2000-ci illər (Tarixi, müasir vəziyyəti və perspektivləri)/Tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı.-B., 2004.-60s. Kitabxana menecmentinin əsasları: Dərs vəsaiti.-B.: Bakı Universiteti Nəşriyyatı, 2005.- 199s. Kitabxana işinin təşkili və idarə olunması: Proqram. – B.: BUN., 2005. – 24s. Kitabxana informasiya texnologiyaları: dərs vəsaiti.- Bakı Nurlar.-2009.- S.312 Kitabxana işinin təşkili idarə olunması: dərslik.- Bakı Nurlar.- 2010. Kitabxana işinin idarə edilməsinin təşilati-metodik məsələləri.-B., 1995.-96 s. Azərbaycan Respublikasında Kitabxanaların metodik təminat sisteminin inkişaf tarixi; (1918–2000): Monoqrafiya.-B., 2000.-416 s. Kitabxana menecmentinin əsasları: Dərs vəsaiti.- B., 2005.-196 s. Kitabxana menecmentinin əsasları: Dərs vəsaiti; Təkrar 2-ci nəşri.- B., 2007.-197 s..

Beynəlxalq elmi seminar, simpozium və konfranslarda iştirakı 2001-ci il, avqust — Amerika Birləşmiş Ştatları — Boston və Nyu-York şəhərlərində Kitabxana-informasiya müəssisələrinin beynalxalq forumu (Müxtəlif seksiyalarda məruzələr) 2001-ci il 1–10 iyul – Belçika — Lamur və Brüssel şəhərlərində təsis proqramı çərçivəsində beynalxalq konfrans 2003-cü il, 18 may-1 iyun — Fransa — Nitsa və Monteneqro şəhərlərində yeni təsis texnologiyasının öyrənilməsi 2005-ci il, 13–18 avqust — Norveç — Oslo şəhərində İFLA-nın konfransı (Bölmə iclaslarından məruzələr) 2006-cı il, 18–25 avqust – Koreya — Seul şəhərində İFLA-nın konfransı. (Bölmə iclaslarında çıxış)

Seçilmiş elmi məqalələri Kitabxana menecmenti və onun hüquqi əsasları.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2004.-S. 15–23 Kitabxana statistikasının bəzi məsələləri.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2005.-№ 1 Kitabxana menecmentinin prinsipləri və funksiyaları.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2004.-№ 2.-S.12–23 Alim və vətəndaş ömrü: T. Quliyev haqqında.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2004.-№ 2.-S. 142–146 Unudulmaz müəllim: M. Bağırov haqqında.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2003.-№ 2.-S. 131–133 Müqəddəs insanın ömür yolu: Z. Əliyev haqqında.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2003.-№ 1.-S. 109–113 Azərbaycanın kitabxana mütəxəssisləri IFLA-nın konfransında.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2001. -№ 2. –S. 133–139 Görkəmli şəxsiyyət: A. Xələfov haqqında.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,2004.-№ 1.-S. 7–16 Kitabxanaçılıq fakültəsi 50 ildə .// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B.,1997.-№ 1.-S.9–17 70 ilin zirvəsində .// Mənalı ömür yolu.-B., 2001.-S.126–129 Kitabxana işçilərinin fasiləsiz təhsilə cəlb edilməsinin bəzi məsələləri .// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2006.-№ 1 Dünya miqyaslı siyasi xadim və fövqəlbəşər insan .// Respublika qəzeti –5 may – 2006 Görkəmli kitabxanaşünas alim .// Respublika qəzeti, 23 dekabr 2006 Müstəqil Azərbaycan daha da möhkəmdir və inkişaf edir.// Respublika qəzeti, 29 oktyabr, 2006 Görkəmli kitabxanaşünas alimin şərəfli ömür yolu (K. Aslanla birlikdə).// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2006.-№ 2, S. 4–31 Xeyirxah insan, fədakar alim. // Azərbaycan qəzeti, 15 fevral, 2007 Əzəmətli, bənzərsiz şəxsiyyət .// Respublika qəzeti, 8 may 2007 İnkişafımızın yeni mərhələsi .// Respublika qəzeti, 11 aprel 2007 Əcnəbi terminlərə mətbuatda geniş meydan verdiyinə görə redaktorların günahı böyükdür.// Həftəiçi qəzeti, 22 may, 2007 Xalqın dərin məhəbbətini qazanmış layiqli rəhbər (Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan tarixində yeni mərhələnin təməlini qoyub).// Respublika qəzeti, 17 oktyabr 2007 Bir şair yaşayır qəmin içində (N.ismayılov, K. Aslanla birlikdə).// Xəzər Xəbər jurnalı Dekabr, 2007-ci il.№ 241, s- 20–21 Kitabxanaların idarə edilməsinin strateji əsasları.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2008.-№ "Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı dövlət proqrammı"nın biblioqrafik informasiya təminatı (N. İsmayılovla birlikdə).// Humanitar elmlərin öyrənilməsinin aktual problemləri: ali məktəblərarası elmi məqalələr məcmuəsi, Bakı, 2007.-s.318–320 Zamanın fövqündə dayanan dahi şəxsiyyət Azərbaycan tarixinin bütöv bir epoxası ümummilli liderimiz Heydər Əliyevin Adı və fəaliyyəti ilə bağlıdır.// Respublika qəzeti, 26 aprel, 2008 Xalqını sevdiyi qədər sevilən insan (Millət vəkili, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva haqqında).// Azad Azərbaycan qəzeti, 12 dekabr, 2008 Milli kitabxana Azərbaycan elm və mədəniyyətinin xəzinəsidir.// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2008.-№ 2 Kitabxanaların idarə edilməsinin müasir problemləri .// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2009.-№ 1 Kitabxana işinin demokratikliyi haqqında(P. Kazımi ilə birlikdə) .// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2009.-№ 1 Azərbaycan Respublikasının regionlarının kitabxana-informasiya resurslarının inkişafının bəzi məsələləri: Gəncə-Qazax iqtisadi rayonunun nümunəsində. (N. İsmayılov, İ. Bayramova ilə birlikdə) // Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, təcrübi jurnal.-B., 2009.-№ 1 Müstəqil Azərbaycanın memarı və qurucusu .// Respublika qəzeti, 11 iyul, 2009 Müasir tariximizin yeni parlaq epoxası//Respublika qəzeti,24 dekabr, 2009 Azərbaycanda kitabxanaların idarə edilməsinin müasir məsələləri// Bakı Universiteti Xəbərləri, humanitar elmlər seriyası, 2009, № 3 Akademik Abel Məhərrəmov// Kitabxanaşünaslıq və biblioqrafiya, 2009, № 2 Kitabxanaşünaslıq texnoloji biliyin təkamülü kimi// Kitabxanaşünaslıq və biblioqrafiya, 2009, № 1 Kitabxanaların strateji planlanlaşdırılması// BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans.-B,2009.-30–31 oktyabr Milli mədəniyyətimizin təəssubkeşi "Əməkdar mədəniyyət işçisidir" prof. X. İsmayılov haqqında// Kitabxanaşünaslıq və biblioqrafiya, 2009, № 1 Biblioqrafik göstərici (1977–2008) Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə nəşr edilir// Kitabxanaşünaslıq və biblioqrafiya. Biblioqrafik göstərici (1977–2008), s. 8–9 Azərbaycan kitabxanalarının metodik təminatının inkişafı// Bakı Universitetinin xəbərləri: Humanitar elmlər sahəsi, B., 2011, № 3 İsmayılov. X, İ. Mamedov. E. C İnformasiya proseslərinin və electron kitabxanaların avtomatlaşdırılması. 2012, N3, s.265–273 M. F. Axundov adına Mİlli Kitabxanasının fondunun formalaşmasının müasir vəziyyəti //// Kitabxanaşünaslıq və biblioqrafiya. B.2012. N1.s.9–17 Müsair dövrdə kitabxanaların metodik təminatının bəzi məsələləri// Kitabxanaşünaslıq və biblioqrafiya. B.2012. N2.s.9–18 N. Ə. Əliyevin əsərlərinin Respublika Kitabxana resurslarının formalaşmasında rolu//// Kitabxanaşünaslıq və biblioqrafiya. B.2013. N2.s.9–16 Görkəmli Azərbaycan ziyalılarının formalaşmasında və inkişafında Rusiya Milli Kitabxanasının rolu.// Kitabxanaşünaslıq və biblioqrafiya. 2013 N2. S.10–21 Kitabxana-informasiya resurslar; fənninin tədrisi yeni aspektdə// Kitabxanaşünaslıq və biblioqrafiya. 2014 N1 .s.10–16 Azərbaycanda məktəb kitabxanalarının tarixi haqqında ilk tədqiqat// Respublika, 19 oktyabr 2014. Rusiya millli kitabxanası və Azərbaycan ziyalıları// Vestik BAE Biblotecnoy Assambleyi Evraziya.2015 N4.s.36–37 Kitabxana informatikasının elmi-nəzəri və təcrübi məsələləri//"Xəzər Universiteti" nəşriyyatı, Bakı.-2015,178 s. Kitabxana-informasiya fəaliyyəti və menecment// Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş "Müasir dövrdə kitabxana-informasiya fəaliyyətinin və kitabxanaşünaslığın müasir problemləri" Bakı,7 may 2015.-9–10 s.