() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinə aid heyvan cinsi.
Təsviri Canavarlardan fərqli olaraq, tülkülərin, uzunsov sifəti, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb. Onların bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar.
Həyat tərzi Özü qazdığı ya da boş yuvalarda məskən salır. Yeməyini gəmiricilər, dovşanlar, quşlar, müxtəlif bitkilər, balıqlar, sürünənlər təşkil edir. Yeməyi yaşadığı mühitdən asılıdır. Ov vaxtı mürəkkəb davranış formalı nümayiş etdirir (təsadüfi deyil ki, rus folklorunda tülkü ağıl və bicliyinin simvoludur).
Tək həyat tərzi sürür, bala tülküləri həyata gətirmək və böyütmək üçün cütlük yaradırlar. Hamiləlik dövrü 49-58 gün olur. 4-12 bala doğur. Balaları böyütmək prosesində erkək və dişi iştirak edirlər. Tülkülər xəzli heyvan ovçuluğunun obyektidir. Onlar əsasən 10 bəziləri isə 9 il yaşayır.
Qidalanma Tülkü müxtəlif quş növləri (toyuq, bildirçin və s.), gəmiricilər (siçan, dovşan və s.) və böcəklərlə qidalanır. Qorunma statusu və yayılma IUCN Qırmızı Siyahısına görə tülkü "Least Concern" (Az narahatlıq doğuran) statusundadır, populyasiya tendensiyası sabitdir. Tülkü Şimal Yarımkürəsində ən geniş yayılmış yırtıcılardan biridir və insan tərəfindən Avstraliyaya süni şəkildə gətirilib, orada yerli məməli və quş populyasiyalarına zərər verən invaziv növ hesab olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Mövcud Miosen ilk görünüşləri Kateqoriya:Məməlilərin cinsi