Myaqmarin Delgerxüü (; ) — monqolustanlı üzgüçü. Myaqmarin Delgerxüü Monqolustanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında və 2019-cu il Ümumdünya Su İdman Növləri Çempionatında təmsil edib.
Karyerası Myaqmarin Delgerxüü birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatılıb. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stilində təsnifat mərhələsində iştirak edib. 26,95 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 66-cı olaraq yarımfinala vəsiqə qazana bilməyib. 2019-cu ildə o, Cənubi Koreyanın Kvandju şəhərində keçirilən 2019-cu il Ümumdünya Su İdman Növləri Çempionatında iştirak etdi və kişilər arasında 50 metr sərbəst üzmə növündə təsnifat mərhələsində 72-ci yerdə, kişilər arasında 100 metr sərbəst üzmə yarışında isə təsnifat mərhələsində 92-ci yerdə qərarlaşdı.
Mənbələr
İstinadlar
Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında üzgüçülər