Böyük Vitovt Universiteti (, abbr. VDU) — Litvanın Kaunas şəhərində yerləşən universitet. Onun əsası müharibə arası dövründə, 1922-ci ildə milli universitetin alternativi kimi qoyulub.* http://www.vdu.lt/en/about-vmu/vmu-now-and-before/ – Vytautas Magnus University: now and before. Checked 2015-12-30.

2015/16 QS World University Rankings-də 701–800 yeri tutur.

Tarix 1918-ci ildə Litva Respublikası yaradılıb və bundan dörd il sonra, 1920-ci ilin yanvarın 27-də Ali Təhsil Kursları Assosiasiyası Ali Təhsil Kursları özəl məktəbi açıb. 1922-ci ilin fevralın 16-da onun əsasında Litva Universiteti adı altında dövlətin ilk və müharibə arası dövründə tək olan ali təhsil ocağı açılıb. O dövrün ərzində, universitetin yeddi rektoru və 3790 məzunu olub.

1930-cu ildə, Böyük Vitovtun 500 illik qutlaması olmuşdu və bunnnan əlaqədər, universitetin adını indiki adına dəyişdirdilər.

1944-cü ildə Litva SSRİ tərəfindən işğal olunub və 1950-ci ildə universitet bağlanılıb. Yalnız Texniki Elmlər və Tibb fakültələri ayrı institutlat şəklində fəaliyyətini davam edirdilər. SSRİ dağılan zamanıç 1989-cu ildə, o yenidən açılıb.

Böyük Vitovt Universiteti ölkədə üç pillə təhsil (bakalarvr, magistratura və doktorantura) təklif edən ilk universiteti idi.

1993-cü ilin iyunun 12-də universitetdə qeyri-dövri drərclərin redaktə və çap üçün nəşr qrupu qeydetməni keçib. Beləliklə, bu tarix universitetin nəşriyyat tarixinin başlanğıcı günü sayılır. 1997-ci ildə isə nəriyyat evi yaradılmış.

Qurumu

Fakültələri İqtisadiyyat və İdarəçilik Fakültəsi Təbiət Elmləri Fakültəsi Humanitar Elmləri Fakültəsi İnformatika Fakültəsi Katolik Teologiyası Fakültəsi İncəsənət Fakültəsi Musiqi Akademiyası Siyasi Elmi və Diploatiya Fakültəsi Sosial Elmlər Fakültəsi Hüquq Fakültəsi

Professorları və tələbələri Martin Linqs Vintsas Kreve

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Litva universitetləri Kateqoriya:1922-ci ildə yarananlar Kateqoriya:Kaunasda təhsil