Ay aşiqləri: Yaralı ürək Qoryo(eng.Moon Lovers: Scarlet Heart Ryeo, Hangul: 달의 연인 — 보보경심 려; Hanja: 달의戀人-步步驚心 麗; RR: Dar-ui yeon-in — Bobogyeongsim ryeo; MR: Tar-ŭi yŏnin — -cPopokyŏngsim ryŏ)- Çin yazıçısı Tong Huanın Bu Bu Jing Xin əsəri əsasında ekranlaşdırılan Cənubi Koreya teleserialıdır. 2016-cı ilin avqustun 29-dan noyabrın 1-nə qədər SBS telekanalında 20 seriyadan ibarət olmaqla hər həftənin bazar ertəsi və çərşənbə axşamı saat 22:00-da yayımlanmışdır.
Məzmun Günəş tutulması nəticəsində 21-ci əsrdə yaşayan 25 yaşlı Go Ha-jin(Lee Ji-eun), Qoryo sülaləsinin dövrünə qayıdır. O, 941-ci ildə Hae Soo-nun bədənində oyanaraq hakimiyyətdə olan Vanq ailəsinin şahzadələri ilə qarşılaşır. O, əvvəlcə alicənab 8-ci şahzadə Vanq Vuka (Kang Ha-neul) aşiq olur, daha sonra isə öz üzünü maskanın arxasında gizlədən və aşağılayıcı şəkildə "canavar-it" adlandırılan 4-cü şahzadə Vanq So-nu (Lee Joon-gi) sevir. Beləliklə Hae Soo fərqinə belə varmadan özünü şahzadələr arasında rəqabət və siyasət, taxt-tac uğrunda gedən mübarizələr arasında tapır.
Rollarda Əsas Lee Joon-gi — 4-cü Şahzadə Vanq So rolunda Lee Ji-eun — Go Ha-jin / Hae Soo rolunda Kang Ha-neul — 8-ci Şahzadə Vang Vuk rolunda Hong Jong-hyun — 3-cü Şahzadə Vang Yo rolunda 300px|right
Köməkçi Jo Min-ki — Kral Taejo, Qoryo sülaləsinin banisi Park Ji-young — İmperatriça Dowager Yoo (Taejonun 3-cü kraliçası) 3-cü Şahzadə Vang Yo , 4-cü Şahzadə Vanq So, and 14-cü Şahzadə Vanq Yunqun anası Jung Kyung-soon — İmperatriça Hwangbo (Taejonun 4-cü kraliçası) 8-ci Şahzadə Vang Vuk və şahzadə Yeon-Hwa-nın anası Kang Han-na — Hwangbo Yeon-hwa (Kraliça Daemok)8-ci Şahzadə Vang Vuk-un kiçik bacısı və 4-cü Şahzadə Vanq So-nun arvadı
Musiqiləri № Adı Sözləri Musiqisi İfaçı Müddəti 1.Sənin üçün Ji Hoon, Goo Ji-an RocoberryChen, Baekhyun, Xiumin 3:17 2. Hə de Ji Hoon, Loco RocoberryLoco Punch 3:40 3. Səni sevirəm, səni xatırlayıram Ji Hoon, Goo Ji-an earattack, Obros I.O.I 4:08 4. Səni unudarkənJi Hoon, Goo Ji-anRocoberry, Conan, Loco Davichi 3:13 5. Səninlə hər şey Ji Hoon, Goo Ji-an Seo Jae-ha, Kim Young-sung Taeyeon 3:55 6. Ürəyimi eşidə bilirsən? Tablo, Mithra Jin, Ji Hoon, Goo Ji-an Tablo, DJ Tukutz, Conan, Loco, Rocoberry Epik High Lee Hi 4:09 7. Sevgi kimi daha çox Ji Hoon, Goo Ji-an Rocoberry, Conan, Loco Baek A-yeon 3:24 8. Etiraf Ji Hoon, Goo Ji-an Hwang Chan-hee, PJ SG Wannabe 3:41 9. Qayıdacaqmı Ji Hoon, Goo Ji-an Rocoberry, Conan, Loco Im Sunhae 3:27 10. Mənim sevgim Ji Hoon, Goo Ji-an Hwang Chan-hee, Lee Seung-joo, Lee Ra-eum Lee Hi 3:42 11. KüləkJi Hoon, Goo Ji-an Rocoberry, Conan, Loco Jung Seung-hwan 3:39 12. Səninlə olmaq Ji Hoon, Lee Chan-hyuk Lee Chan-hyuk, Rocoberry Akdong Musician 3:08 13. Əlvida Ji Hoon, Goo Ji-an Ahn Young-min Im Do-hyuk 4:28
İstinadlar
Kateqoriya:Zaman səyahəti teleserialları Kateqoriya:Cənubi Koreya teleserialları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Tarixi teleseriallar Kateqoriya:Universal Television teleserialları