Simens körpüləri — Azərbaycan Respublikasının Gədəbəy rayonunda 1879-cu ildə Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülər.

Sayı Bu körpülərin sayı 7-dirGədəbəydə "qanlı" alman mirası . 24.08.2018, sputnik.az . Onlardan bəziləri günümüzədək gəlib çatmış, bəziləri isə dağılmışdır. Salamat qalan körpülərdə isə, qismən dağılma müşahidə edilir.

"Qanlı körpü" thumb|"Qanlı körpü" Bu körpülərdən ən məşhur olanını yerli sakinlər "Qanlı körpü" adlandırıblar ki, onun da faciəli tarixçəsi var. Belə ki, mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpüyə "Qanlı körpü" adı verilib.

Yerli daşlardan, qövsvari formada inşa edilmiş bu viaduk nadir memarlıq nümunəsi hesab olunur. Abidə zaman-zaman həm insan, həm də təbiətin təsiri altında dağıntılara məruz qalır.

İstinadlar

Kateqoriya:Gədəbəy rayonu Kateqoriya:Azərbaycandakı körpülər Kateqoriya:1870-ci illərdə yarananlar