İrina Aleksandrovna Perlovna () — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002).

Həyatı 1939-cu ildə anadan olmuşdur. Belarus Teatr və İncəsənət İnstitutunun aktyor fakültəsini bitirmişdir.

1967-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası və rejissoru olub. O, həmçinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Bakı Kamera Teatrında çalışmışdır.

15 sentyabr 2010-cu ildə vəfat edən İrina Perlova İsraildə dəfn olunmuşdur.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 aprel 1981 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 dekabr 2002

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Azərbaycan teatr aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri