Güllü Eldar Tomarlı (Güllü Eldar qızı Alıyeva; ) — Azərbaycan şairi, publisist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Aşıq Pəri Məclisinin sədr müavini (2015–2022).
Həyatı Güllü Eldar Tomarlı 13 iyul 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavi Politexnik Texnikomuna daxil olmuşdur. Təhsili bitirdikdən sonra, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmışdır.
Rustavi Azərbaycanlılar Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar şurasının sədri olmuşdur. Güllü Eldar Tomarlı Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilmişdir. Tiflisdə nəşr olunan "Gürcüstan" qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, "Mirvarid Dilbazi Poeziya Məclisi" ictimai birliyinin sədridir. Şeirləri gürcü və özbək dillərinə tərcümə edilmişdir.
2015–2022-ci illərdə "Aşıq Pəri Məclisi"nin müavini və bədii rəhbəri olmuşdur.
Ailəsi Ailəlidir, dörd övladı var.
Kitabları "Beləcə qal nolar, könlüm" "Bir az sazdan, bir az sözdən" "Aşıq Pəri İnciləri" və "Aşıq Pəri Məclisi" kitablarının tərtibadçısıdır
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Gürcüstan şairləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:"Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər